Azərbaycanlı səfirin saatı hava limanında oğurlanıb

apr-10
08:32 2019
Minsk Milli Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfirinin saatının oğurlanması ilə bağlı məlumat yayılıb.

Hadisə martın 17-də baş verib. Belə ki, diplomat saatını biznes-zalda unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı isə saatı oğurlayıb.

Cinayət-axtarış Şöbəsinin əməkdaşları oğurluq faktı ilə bağlı şikayət ərizəsindən sonra Ukrayna vətəndaşının şəxsiyyətini müəyyən edərək oğurlanmış saatı geri qaytarıb. Həmin şəxs barəsində isə Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi açılıb.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov daxili işlər naziri İqor Şuneviçə məktub yollayaraq oğrunun tapılmasında göstərilən köməyə, diqqət və anlayışa görə təşəkkürünü bildirib.

Əvvəlcə bu hadisənin Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun başına gəldiyi ilə bağlı məlumat yayılsa da, sonradan məsələyə aydınlıq gətirilib. Qazaxıstandakı səfirlikdən “Qafqazinfo”ya bildirilib ki, olayın Rəşad Məmmədovla əlaqəsi yoxdur və o, həmin vaxt Belarusda səfərdə olmayıb.

Xatırladaq ki, hazırda ölkəmizi Belarusda təmsil edən səfir Lətif Qəndilov illər əvvəl Azərbaycanın Qazaxıstanda səfiri olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər