Prezident seçkilərindən bir il ötür — Ən çətin anlarda belə xalqının yanında olan Dövlət Başçısı

apr-09
07:07 2019
2018-ci ilin aprelində Azərbaycanda keçirilən prezident seçkilərində xalq İlham Əliyevə etimad göstərərək növbəti 7 ildə taleyini ona həvalə etməklə bir daha doğru seçim etmiş olduğunu sübut etdi.
Bəli, tam səmimiyyətlə qeyd edə bilərik ki, xalq seçimində yanılmadı. Seçkilərdən ötən bir ilə nəzər salmaqla biz bu dediklərimizi faktlarla göstərə bilərik. Azərbaycan xalqının etimadını qazanan İlham Əliyev seçkiöncəsi hər zaman və ən çətin anlarda xalqın yanında olacağı ilə bağlı verdiyi vədləri bir il müddətində öz əməlləri ilə sübut etdi. Siyasi, iqtisadi, sosial sahədə uğrulara imza atan Azərbaycan üçün ötən bir il heç də asan keçməyib. Bu müddət ərzində ölkədə təbii fəlakətlər, yanğınlar baş verdi və bu fəlakətlərdən və faciələrdən xalqa ciddi maddı və mənəvi ziyan dəydi. Zəlzələlər, yanğınlar nəticəsində xeyli evlər, obyektlər, dövlət müəssisələri dağıldı, yarasız hala və qəzalı vəziyətə düşdü, insan tələfatı yaşandı, yaralananlar oldu. Bu faciələr zamanı da ilk olaraq vətəndaşın yanaında olan dövlət və onun başçısı İlham Əliyev oldu. Ziyan görmüş insanlara hər tərəfli dəstək oldu, onlara dəyən ziyanı qarşıladı.

Bu istər 2012-ci ildə Azərbaycanın şimal qərb bölgəsi olan Şəki-Qax-Zaqatalada, istər 2019-cu ilin fevralında Şamaxı-Ağsuda baş verən zəlzələ, istər 2015-ci ildə Bakının Xətai və Binəqədi rayonunda hündürmərtəbəli binalardakı, istərsə də martın 26-da Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş verən güclü yanğınları misal çəkə bilərik. Bura son illərdə Bakının Bayıl yamacında baş verən sürüşmlərdən vətəndaşlara dəyən ziyanı da əlavə etmək olar.

Dövlət başçısının dsətəyi nəticəsində Qax-Zaqatala bölgəsində baş verən zəlzələ zamanı Zaqatala rayonunda 4 minə yaxın, Balakəndə 730, Qax rayonunda isə 548 fərdi ev, həmçinin Balakən rayonunun Gərəkli kəndində 8 mənzilli yaşayış evi tikilib istifadəyə verilib. Bundan əlavə, zəlzələ nəticəsində evləri zərər görmüş ailələrə evlərində bərpa və gücləndirilmə işlərinin aparılması üçün dövlət büdcəsindən kompensasiyaların verilməsi təmin olunub. Bununla yanaşı olaraq, ziyan çəkmiş insanlara maddi kompensasiyada verilib. Bu məqsədlə Zaqatala rayonunda 3766 nəfərə 18 milyon 997 min manat, Qax rayonunda 904 nəfərə 4 milyon 327 min manat, Balakən rayonunda isə 2321 nəfərə 11 milyon 154 min manat həcmində kompensasiya ödənilib. Bununla yanaşı olaraq Balakən rayonunda 2, Qaxda 10, Şəkidə 3, Zaqatala rayonunda isə 23 yeni məktəb binası tikilib istifadəyə verilib, 6 məktəbdə isə bərpa-gücləndirilmə işləri aparılıb, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni bina tikilib. Bundan əlavə olaraq Zaqatala rayonunda zəlzələ zamanı zərər görmüş 9, Qax rayonunda 6, Balakən rayonunda 4, Şəki şəhərində isə 3 körpələr evi-uşaq bağçasında yenidən tikinti və bərpa-gücləndirilmə işləri aparılıb.

2019-cu ilin əvvəlində Səbail rayonunun Bayıl yamacının sürüşməsi nəticəsində evləri tam yararsız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

2019-cu ilin fevralında Şamaxı və Ağsuda baş verən zəlzələdən dərhal sonra bu rayona səfər edən ölkəmizin başçısı birbaşa dağıntı olan qəsəbə və kəndlərə gedərək evləri dağılmış vətəndaşlarla görüşdü. Cənab Prezidentin zəlzələdən qorxu və stress keçirmiş insanlara baş çəkməsi və onlara ürək-dirək verməsi bir daha sübut etdi ki, O, ən çətin anlarda belə, xalqın yanındadır. Ölkə başçısı sakinlərlə görüşdə dəyən ziyanın bir daha dövlət tərəfindən qarşılanacağını bəyan etdi və qısa zaman kəsiyində zəlzələdən ziyan çəkmiş xeyli sayda insan üçün yeni müasir tipli mənzillər tikilərək onlara təhvil verildi. Ölkə başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmin açılışlarda iştirak edərək zəlzələdən ziyan çəkmiş insanların mənzillərində onlara qonaq oldular. Şamaxı və Ağsuda zəlzələdən ziyan dəyən evlərin tikintisi dövlət hesabına davam etdirilir. Şamaxıda zəlzələdən ziyan çəkən ağbirçək Saray Eyvazovanın dili ilə desək, “Allaha inandığım kimi,

Prezidentin gəlişinə, dəstək olacağına da inanırdım”.

Zəlzələni xatırlayan yaşlı ana, el ağbirçəyi Saray Eyvazova deyir ki, fevralın 7-də uçub-dağılmış mənzilin həyətində əyləşib öz-özümə fikirləşirdim ki, bundan sonra nə olacaq, nə edəcəyik? Ancaq qəlbimdə bir ümid işartısı var idi ki, dövlət onları belə çətin durumda qoymaz:
“Allaha inandığım kimi, Prezidentin gəlişinə, dəstək olacağına da inanırdım. Həyətdə oturub fikirləşirdim. Öz-özümə deyirdim ki, kaş İlham Əliyev indi gəlib dadımıza çata. Çarəsiz idim, bir də gördüm ki, qapı açıldı, gələn Prezident idi. Əvvəl dağıntıya baxdı. Sonra mənə tərəf gəlməyə başladı. Dedim qoca olsam da durum ayağa öpüm gözlərindən. Qurban olum gələn ayaqlarına... Atası kimi hər zaman xalqına qayğı göstərir. Ona görə də insanlar Prezidentə güvənirlər, inanırlar. Əlləri ilə çiynimdən tutub dedi ki, qalxma. Əyilib üzümdən, gözlərimdən, əlimdən öpdü. Qayıtdım ki, bəs, Mehriban xanım hardadı? Dedi ki, xanımım yeni eviniz tikiləndə gələcək. Prezident buraya bizə dəstək olmağa gəldiyini söylədi və dedi ki, narahat olmayın, eviniz yenidən tikiləcək. Ürəyim dağa döndü. Belə Prezident heç bir yerdə yoxdur. İlham Əliyev əsl vətənpərvərdi, qayğıkeşdi...”

Zəlzələdən zərər çəkən digər Həsənovlar ailəsi də Prezidentin onlara verdiyi mənəvi dəstəyi çox yüksək dəyərləndirir. Onlar deyirlər ki, biz həqiqətən çox həyəcanlı anlar yaşadıq. Amma Prezident İlham Əliyevin bizimlə görüşməsi, təskinlik verməsi qəlbimizdə iftixar hissi yaratdı. Bir daha əmin olduq ki, tək deyilik. Arxamızda dövlət və onun rəhbəri var. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı təəssübkeşliyi, qayğıkeşliyi ilə nümunə göstərir. Elə buna görə də xalq onu dəstəkləyir.

Ölkə başçısının ən çətin anlarda vətəndaşın yanında olmasının növbəti bariz göstəricisi-martın 26-da Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş verən yanğındır. Azərbaycan prezidenti yanğınla bağlı müşavirə keçirərək bəyan etdi ki, dövlət ziyan dəymiş sahibkarların və dükan sahiblərinin yanındadır. Yanğın zamanı ziyan dəymiş insanlara büdcədən ilkin mərhələ üçün 3 milyon manat ayrılmasına tapşırıq verdi.
“Diqlas” ticarət mərkəzi ilə bağlı keçirilən müşavirədə ölkə başçısı deyib ki, xoşbəxtlikdən insan itkisi olmasa da, ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəyib:

“Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik. Dövlət operativ olaraq sahibkarlara öz maddi yardımını göstərməlidir”.

Azərbaycan prezidenti əlavə edib ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır:

“Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Bütövlükdə, sahibkarlara məsləhətgörülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”.

Hazırda “Diqlas” ticarət mərkəzində baş verən yanğında ziyan dəymiş insanlara dəstəyin verilməsi işləri gedir.

Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təkcə belə fəlakətlər, faciələr zamanı deyil, eyni zamanda ölkənin vətəndaşına fərdi faciə baş verdikdə, çətinlikə, problemlə üzləşdikdə yanında oldğunu dəfələrlə sübut edib. Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olarkən H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verib 1990-ci il təvəllüdlü Murad qısa zamanda Türkiyədə əmliyyat olunaraq öz evinə döndü. Belə misalları çox çəkə bilərik. Ölkə başçısı və birinci-vitse-prezident ölkədə xeyli sayda mədəniyyət, incəsənət və digər sahədən olan insanların çətin günlərində onlara şəxsən dəstək olublar. Azərbaycan prezidenti istər onların müalicəsini, istər iş, istərsə də digər problemlərinin həllinə birbaşa yardımçı olub.

Məhz Azərbaycan insanı onun ən çətin anında yanında olan Prezident İlham Əliyevə dəstək verib, onun ətrafında sıx biləşib. Bilir ki, onunla Azərbaycanın və insanlarının bütün problemləri həllini tapacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər