İçindən qum çıxan uşaq qidasını ölkəyə hansı şirkət gətirib? – Açıqlama

apr-05
08:33 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Malyutka-2” uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb. Xəbər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub, azyaşlı uşağı olan ailələr isə təlaşa düşüblər.

Oxu.Az məsələ ilə bağlı məhsulu ölkəyə gətirən, “Nutrica” şirkətinin rəsmi distribüteri olan “İDC-2000” MMC ilə əlaqə saxlayıb.

Şirkətin direktor müavini Fuad Rzayev qeyd edilən məhsulun onlara aid olmadığını deyir. O, məhsulların qablaşdırılmasındakı fərqli məqama diqqət çəkib:

“Bu gün “Malyutka” uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb.

1998-ci ildən biz bu şirkətin “Aptamil” uşaq yeməklərinin Azərbaycan bazarında satışına başlamışıq. Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. “Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub.

Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC”-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır.

2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil.

Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC” şirkəti heç bir məsuliyyət daşımır”.

Daha aydın olsun deyə hər iki şirkətə aid olan “Malyutka-2” əmtəə nişanlı uşaq yeməklərinin fotolarını təqdim edirik. Orijinal məhsulun üzərində aşağı hissədə xüsusi loqo və arxasında şirkətin adı qeyd olunub:

Şirkətin direktor müavini onu da əlavə edib ki, vətəndaşlar məhsulları alarkən bu məqamlara xüsusi diqqət etsinlər:

“İlk olaraq məhsulun istehsal tarixinə baxsınlar. Biz məhsullarımızın 100 faiz keyfiyyətli olduğuna əminik. Qablaşdırmanın arxasında yazılan şirkətə diqqət etsinlər. Satış şəbəkələrində məhsulların saxlanma şəraiti də onların keyfiyyətinə təsir göstərən amillər sırasındadır. Məhz bu səbəbdən şirkətimiz öz məhsulları ilə bağlı vətəndaşlarla birbaşa ünsiyyətdən yayınmır.

Bizim məhsullarla bağlı hər hansı sualı olan vətəndaşlar birbaşa şirkətimizin əlaqə nömrələrinə zəng edərək müraciət edə bilərlər. Həmin vətəndaşla mütləq şəkildə görüşüb, problemli məqamları araşdırıb, məsələyə aydınlıq gətirməyə hazırıq”.İçindən qum çıxan uşaq qidasını ölkəyə hansı şirkət gətirib? – Açıqlama

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər