Bakıda şagird müəlliməsinə hücum edib - YENİLƏNİB

okt-22
13:50 2015
Bakıda şagird müəlliməsinə hücum edib - YENİLƏNİB
























“O, ərköyün uşaqdı”

Bakı şəhər Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə baş verən insidentin təfərrüatları məlum olub.

Şagirdi tərəfindən vurulduğu iddia edilən fizika müəllimi Svetlana Əkbərova Lent.az-a bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

"Dünən şagird sinifdə mahnı oxuduğu üçün ona irad tutdum, qanacaqlı-mərifətli olmasını tələb etdim. O da ərköyün uşaqdı, çığır-bağır saldı və sinif otağını tərk etdi. Biz həmin uşağı keçən il də məktəbdən uzaqlaşdırmaq istəyirdik, bəzi səbəblərdən son anda onu sinifdə saxladıq".

S.Əkbərova bildirib ki, hazırda məktəbdə işini davam etdirir: "Yazıblar ki, guya şagird məni vurub, bunlar cəfəngiyyatdır".

Ərzai üzrə Xətai rayon 34-cü Polis Bölməsinə məlum hadisə ilə bağlı hər hansı müraciət daxil olmayıb.

10:53

Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib.

Moderator.az-ın verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb.

Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib.

Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.

Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər