Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

apr-04
06:49 2019
Sumqayıtda yerləşən uşaq bağçasında azyaşlının müəlliməsi tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Rəhbərlik isə bunu inkar edir və şər-böhtan adlandırır. O, “əgər belə bir hal baş veribsə, polisə şikayət etsinlər, araşdırılsın” söyləyir.

Minval.info xəbər verir ki, hadisənin şəhərin 14-cü məhəllədə yerləşən 2o saylı uşaq bağçasında yaşandığı bildirilir.

Belə ki, 2014-cü il təvəllüdlü Ramal İbrahimovun sözlərinə görə, Zahidə adlı müəlliməsi tərəfindən fiziki zorakılığın qurbanı olub. Bu səbəbdən azyaşlının üzündə qançır izləri əmələ gəlib.

Minval.info-ya göndərilən videonu lentə alan azyaşlının anası Reyhan Quliyeva “Yetimçiliklə uşaq böyüdürük, onu da belə edirlər. Müdriyyət hara baxır? Kim edib bunu? Deməmisən, müdriyyətə? Görün nə gündədir uşaq?!” deyərək qəzəbini ifadə edib.

Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)


Azyaşlı isə anasına “Müdriyyətə demişəm. Ən birinci Zahidə (müəlliməsi – red.) vurdu, sonra isə Zəhra” cavabını verib.

İddiayla bağlı 20 saylı uşaq bağçasının direktoru Nüranə Həsənova ilə əlaqə saxladıq. Bağça müdirəsi deyilənlərin tamamilə yanlış və şər-böhtan olduğunu dilə gətirdi:

“Bu bağçada elə bir hadisə baş verməyib. Ola bilsin, uşaqlar dalaşıb. Müəllimə tərəfindən zorakılığın yaşanması mümkün deyil. Burada kameralar var. Uşaq bizə deyib ki, öz yaşıdı ilə dalaşıb. Ramalın videoda elə deməsinə səbəb anasının onu elə öyrətməsidir. Müəllimə ümumiyyətlə, uşaq vurmur. Bu, ola bilməz. Səhər uşaq burada faktiki deyib ki, maşın sürürmüş qabağına yoldaşı çıxıb və dalaşıblar. Əgər elə bir hadisə olubsa, polisə şikayət edərdilər də, niyə sizə deyirdilər?! Bölməyə müraciət olunsun, biz də araşdıraq”.

Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)


N.Huseynovanın sözlərinə görə, valideyn uşağını vaxtlı-vaxtında bağçaya gətirmir: “O zaman Ramalı bağçadan çıxarmalıyıq? Biz ona güzəşt edirik, amma belə olmamalıdır”.

Bağça direktoru “nəyə görə sizə qarşı bu iddianı irəli sürüb” sualına “bilmirəm” cavabını verib:

“Reyhan xanım səhər burada bizimlə gözəl insan kimi, səmimi danışıb. Uşağı da dindirmişik. Özünün, müəlliməsinin, hətta mənim yanımda söhbət etmişik. Gərək mən onu videoya çəkərdim, səhv etmişəm. Bilməmişəm, o cür münasibətin qarşısında sizə şikayət ünvanlayar. İndi uşaqların yatan vaxtıdır, saat 14-dür. İstəmirəm onları oyadım. Yuxudan dursunlar, onu videoya çəkərik. Uşaq özü deyirdi ki, məni Ayla ilə Zəhra vurdu. Qızın biri çox aqressivdir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər