Müğənni Arzuma restoran bağışlayan deputat kimdir? - ŞOK İDDİA

okt-20
12:59 2015
Müğənni Arzuma restoran bağışlayan deputat kimdir? - ŞOK İDDİA























"Salyanlılardan olsa onlar Əliağa Hüseynovu heç zaman deputat seçmzlər"

Salyandan teref.infonun poçtuna yazan oxucumuz Əliağa Hüseynovun yenidən buradan seçilməsinə münasibət bildirib.

Xanım oxucumuz yazır:

"Salyanın deputatı olan Əliağa müəllim axı Salyana və Salyanlılara nə edib?

Əliağa müəllim Salyanlıların yadında müğənni Arzuma bağışladığı və sonra Arzumun əlindən alınan "Göl" restoranı biyabırçılığı ilə qalıb.

Əliağa müəllim Salyanlıların yadında DYP postundan yanında olan şəxsi soyuducuları ilə qalıb. Nə edibsə özü üçün edib və bu xalq üçün heç nə etməyib. Özü üçün heyvandarlıq kompleksi yaradıb. Hektarlarla torpaqları ələ keçirdib.Sağlığına qismət, amma özü üçün Salyanlılar üçün yox.

İndi də düşüb Salyanlılara pul paylayır ki, məni seçin."

Teref.infoya yazan oxucu Salyan İcra hakimiyyətinində Əliağa Hüseynova kömək etdiyini vurğulayır:

"İcra hakimiyyətində də Rəşad var, onun üçün işləyir. Elə Əliağa müəllim İcra Hakimiyyətində olanda onun sağ əli idi.İndi də, Salyanda Əliağa müəllimin təbliğatını aparır. Vaqif Axundovun qardaşının kürəkəni olduğu üçün ona qaşın üstə gözün var deyən yoxdur. Yoxsa necə olur icra hakimiyyətində işləyərək Əliğa müəllimin seçkisində iştirak edir.

Salyanlılardan olsa onlar Əliağa Hüseynovu heç zaman deputat seçmzlər. Amma..."Teref.info olaraq dəfələrlə Əliağa Hüseynovla əlaqə yaradmaq istəsəkdə buna nail ola bilmədik. Lakin yenədə onu dinləməyə və saytımızda onun fikirlərinə yer ayırmağa hazırıq!

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər