İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

mar-18
10:21 2019
Novruz bayramı ərəfəsində kənd təsərrüfatı yarmarkası fəaliyyətə başlayıb

Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə 16 mart 2019-cu il tarixdə İsmayıllı şəhər ərazisində yerləşən “Yaşıl Market” bazarında kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.
Yarmarkada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin ərazilərində kənd zəhmətkeşləri tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsulları satışa çıxarılmışdır.
Yarmarka 17 mart 2019-cu il tarixdə də davam edəcəkdir.

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

“Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi

Rayonun tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib. Tədbirin açılış mərhələsi əsasnaməyə uyğun olaraq Heydər Əliyev Mərkəzi qarşısındakı meydanda, digər mərhələsi isə şəhər 3 nömrəli məktəb - liseyin bazasında keçirilib. İsmayıllı rayon Gənclər və İdman idarəsi ilə Təhsil şöbəsi tərəfindən birgə təşkil olunan birincilik “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1. bəndinin 5.1.9. yarımbəndinin icrasının təmin edilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Tədbiri Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq yarışın məqsəd və mahiyyəti barədə məlumat verib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev çıxış edərək “Şahin” hərbi idman oyunlarının gənclərin orduya hazırlanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini deyiblər. Sevil Əhmədova rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin bu sahəyə xüsusi diqqətlə yanaşdığını qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
İştirakçı komandalar müxtəlif mərhələlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Ən yüksək nəticə ilə I yeri qazanan Diyallı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Göyçay şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ əldə edib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin komandası II yerə, 6 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Yer tutan komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

İsmayıllıda könüllülük fəaliyyətinə qoşulan gənclərlə görüşlər keçirilib

İsmayıllı Heydər Əliyev Mərkəzi və Dövlət Humanitar Texnalogiya Kollecində könüllülük fəaliyyətinə qoşulan gənclərlə görüşlər keçirilib. Görüşlər ölkə Prezidenti Cənab İlham Əliyevin 2019-cu il fevral ayının 1-də Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışında qarşıya qoyulan tapşırıqların geniş təşviq olunması məqsədi daşıyıb.
Görüş zamanı könüllülük fəaliyyətinin əsas prinsipləri, mahiyyəti, səmərələliyi barəsində geniş məlumatlar verilib. Könüllülük fəaliyyətinə qoşulan gənclər arasında anket sorğusu keçirilib.

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər