Xəyanət etməyən kişini 6 addımda tanı

okt-20
12:53 2015
Xəyanət etməyən kişini 6 addımda tanı














Xəyanət boşanmaların ən böyük səbəblərindən biridir

Düzdür, öz ayaqları üzərində dura bilməyən və ya cəmiyyətin qınağından çəkinən qadınlar xəyanəti bağışlayırlar. Ancaq onlar heç vaxt xoşbəxt ola bilmir, ömrünün axırına kimi həyat yoldaşları ilə dava-dalaş edirlər. Çünki heç kim xəyanəti normal qarşılaya bilməz. Bəs görəsən, evlənməzdən əvvəl kişinin xəyanətə meyilli olub-olmadığını müəyyənləşdirmək mümkündürmü?

Mütəxəssislərin rəyi əsasında, xəyanətə meyilli olmayan kişilərin 6 xüsusiyyətini təqdim edirik:

Onu yoldan çıxartmaq asan deyil

Əgər kişini təhrik etmək asan olmursa, deməli, onun xəyanət etmək ehtimalı azdır. Araşdırmalar təhrik olan kişilərin daha çox xəyanət etdiklərini üzə çıxarıb.

Sadiq dostlar

Araşdırmalar sübut edib ki, dostları eyş-işrətlə məşğul olan kişinin xəyanət etmək ehtimalı yüksəkdir. Belə bir atalar sözü var: “Mənə dostunu göstər, sənə kim olduğunu deyim”. Yəni partnyorunuzun ətrafındakı kişilər şorgözdürsə, həyatındakı qadınlara xəyanət edirlərsə, sizin də eyni vəziyyətlə qarşılaşmağınız labüddür.

Pulunu hara xərcləyir?

Kişilərin pullarını hara xərclədikləri çox önəmlidir. Əgər partnyorunuz əlavə gəlirləri haqqında sizə məlumat verir, maaşını hara xərclədiyini dəqiqliyi ilə sizə açıqlayırsa, qorxmayın. Belə kişi xəyanət etməz. Tam əksini edən, yəni pulunu hara xərclədiyini açıqlamaq istəməyən kişi isə təhlükəlidir. Çünki böyük ehtimalla o pullar sizdən daha baxımlı və gözəl bir xanıma xərclənir.

Sevildiyini hiss edən kişi

Sevildiyini hiss edən, qadınına güvənən kişi asanlıqla xəyanət etməz. Kişilərin çoxu xəyanəti cinsi təlabatla əlaqələndirməyin yanlış olduğunu bildirirlər. Bunu nəzərə alın və həyatınızdakı insana onu dəlilər kimi sevdiyinizi hiss etdirin.

Populyar kişi

Populyar kişilərin ətrafında onlarla qadın olur. Ancaq bu o demək deyil ki, belə kişi sizə hər an xəyanət edə bilər. Statistika göstərib ki, ətrafında çoxlu qadın olan kişilər daha sadiq olurlar. Çünki onlar arzuladıqları, fərqli hesab etdikləri qadını tapdıqdan sonra gözləri heç kimi görmür. Əksinə, ildə-ayda bir dəfə yeni bir qadınla tanış olmaq şansı əldə edən kişilər isə xəyanət fürsətini əldən vermirlər.

6-cı hiss

Qadınların 6-cı hissləri çox güclüdür. Odur ki, ilk baxışdan sizə güvən verməyən, sadiq bir adama bənzəməyən kişilərə yaxın dumayın.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər