Eyni şəxs bir dəfədən artıq donor ola bilməyəcək

mar-13
07:50 2019
Azərbaycanda canlı donordan donor orqanın götürülməsinə dair məhdudiyyətin dairəsi genişləndirilib.
Report xəbər verir ki, bu qadağa yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 19-cu (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) maddəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur.

Qeyd olunub ki, 18 yaşına çatmamış şəxsdən transplantasiya məqsədilə ilə orqan və toxumaların (sümük iliyi istisna olmaqla) götürülməsi qadağandır.
Layihədə bildirilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər