Ərdoğandan ABŞ-a gözdağı

mar-07
05:58 2019
““S-400-lə bağlı məsələni bitirdik, bunda geri dönməyimiz mümkün deyil”.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal-24”ə müsahibəsində bildirib.

O, müdafiə sistemini gücləndirmək üçün Rusiya ilə birlikdə “S-400” zenit-raket kompleksinin ortaq istehsalının həyata keçiriləcəyini deyib:

“Bilmək olmaz, bəlkə “S-400”dən sonra “S-500”ə başlayacağıq”.

Ərdoğan ABŞ-ın müxtəlif təzyiq vasitələrinə öyrəşdiklərini, buna görə də bütün tıdbirlərin alındığını sözlərinə əlavə edib.

Qeyd edək ki, rəsmi Moskva və Ankara “S-400” kompleksinin Türkiyəyə satılması ilə bağlı 2017-ci ilin sentyabrında saziş imzalayıb. Türkiyə Rusiyadan 4 ədəd “S-400”ü 2,5 milyard dollara sifariş edib. Kompleksin 2019-cu ilin sonuna qədər göndəriləcəyi bildirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər