11:07 5.03.2019 150

Xameneyinin “Qarabağ İslam torpağıdır” fitvasının açması

İranın Azərbaycandakı səfirliyi Paşinyanın Tehran görüşü ilə bağlı bəyanat yaydı

Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri və bu ölkənin rəhbərliyi ilə görüşməsi, daha sonra erməni icması qarşısında çıxışının doğurduğu etirazlar davam edir. İran XİN isə Paşinyanın Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılmasını “özbaşına atılmış bir addım, qəbuledilməz” adlandırıb.

Bu hadisə İranın özündə də narazılıqla qarşılanıb, xüsusən də İran azərbaycanlıları bu səfəri tənqid edirlər. Və qeyd olunur ki, İranın ali dini lideri Qarabağ münaqişəsi barədə hələ bir neçə il əvvəl fitva verib, bu torpaqları İslam torpaqları adlandırıb. Yeri gəlmişkən, ötən həftə Təbrizdə Cümə namazı sonrası “Qarabağ İslam torpağıdır” yazılmış plakatlarla aksiya keçiriblər. Cümə günü axşam isə Təbrizdə keçirilən futbol yarışında azərbaycanlı azarkeşlər Azərbaycana dəstək şüarları səsləndirib.

Ancaq bu şüarlar da Azərbaycanda irad doğurub. Bir çoxları şüarda “Qarabağ İslam torpağıdır” yazılmasına irad bildirərək, bunu bir mənada İranın Azərbaycana münasibətinin təzahürü kimi qiymətləndirib. Yəni Tehran hələ də Azərbaycanı müstəqil dövlət kimi qəbul etmədiyi üçün Qarabağı Azərbaycan ərazisi kimi deyil, müsəlman torpağı kimi təqdim edir.

Qeyd edək ki, mövzu yeni olmadığı və bəzi dəqiqləşdirmələrə ehtiyacı olduğu üçün məsələni araşdırmağa çalışdıq. Qeyd edək ki, “Qarabağ İslam torpağıdır” cümləsi yalnız bir şüar deyil, İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin fitvasıdır. Eyni zamanda mərcəyi-təqlid müctəhid olan Əli Xameneyi dini məsələ kimi bu mövzuda fitva verib.

Hələ 2010-cu ildə Ali dini liderin dəftərxanası, SalamNews İnformasiya Agentliyinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi öyrənmək üçün göndərdiyi sorğusuna cavab verib. Cavabda qeyd olunur ki, “Ayətullah Xameneyinin Qarabağ məsələsində mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ – müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər – şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq – haramdır və qanunla qadağandır. Bu, ilk növbədə bir fəqih kimi onun fətvasıdır. Bu fətva – şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır”.

Eyni zamanda açıqlamada qeyd olunur ki, “bu, həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək”.

Bundan bir qədər sonra, 2012-ci ildə İran parlamentinin Ərdəbil şəhərindən seçilmiş deputatı Mənsur Həqiqətpur dini lider Xameneyinin işğal olunmuş Qarabağla bağlı fitva verdiyini bəyan edib. Modern.az bildirir ki, deputat bu barədə “Səhər” TV-yə müsahibəsi zamanı deyib ki, “Ermənistanla Azərbaycan arasında savaşla bağlı biz Ayətullah Xameneyiyə müraciət etdik ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ İslam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə, şəhid hesab olunur”.

Bu fitvalarda Qarabağın Azərbaycan deyil, İslam torpağı kimi tanıdılması fitvanın dini sənəd olması ilə bağlıdır. Müctəhid hökmünü siyasi və ya sosial, tarixi səbəblər üzərində deyil, dini əsaslar üzərinə kökləyir. Bir fitvanın əhəmiyyəti də onun dini baxımdan şərtlərə, ölçülərə uyğun gəlməsidir. Bu mənada fitvada siyasi mənsubiyyət deyil, dini mənsubiyyət əsas gətirilib. Çünki Qarabağda savaşıb ölən insanın şəhid olması üçün onun müsəlman, yəni İslam ölkəsi, torpağı olması şərtdir. Eyni formada Fələstin münaqişəsi Mərakeşdən İndoneziyaya qədər bütün müsəlman ölkələrində dini məsələ kimi qəbul olunur. Əlbəttə, Azərbaycan Qarabağ münaqişəsinin dinlər arasında münaqişə kimi tanıdılmasında maraqlı deyil. Lakin istənilən halda məsələyə dini kontekstdən yanaşdıqda yozum məhz bu formada ortaya çıxır.

Yeri gəlmişkən, 1990-cı illərin əvvəllərində Ayətullah Xameneyi ilə yanaşı, müctəhidlər Ayətullah Qulpayiqani, Fazil Lənkərani kimi şəxslər də Qarabağla bağlı oxşar fitva veriblər.

Ancaq o da məlumdur ki, İran hakimiyyəti həm 1990-cı illərdə, həm də sonrakı dövrdə Ermənistanla münasibətlər qurub və qonşuluq əlaqələrinə vurğu etməklə bu əlaqələrini davam etdirib. Bu isə Bakı ilə Tehran arasında zaman-zaman soyuqluqlara səbəb olub. Xüsusən də atəşkəsdən sonrakı illərdə Azərbaycan və İran münasibətləri müxtəlif səbəblərdən heç də həmişə isti olmayıb, Ermənistan isə mümkün qədər Tehranla yaxınlaşmağa çalışıb. Xəzərin statusu, Azərbaycanın qərbyönlü kursu, eləcə də tarixi mövzulardan doğan mübahisələr Bakı ilə Tehran arasında hər zaman məsafəli davranışa səbəb olub. Ancaq bunun əvəzində İrəvan Tehranla hər hansı ərazi mübahisəsi və ya fikir ayrılığı yaşamayıb və ya bunu üzə çıxarmayıb.

Qeyd edək ki, ötən gün İran İslam Respublikasının Azərbaycandakı səfirliyi son hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, baş nazir Paşinyanın ermənilərlə görüşdə səsləndirilmiş şüar və plakatlar özbaşına hərəkət olub: “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməmiş, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in hörmətli sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir. Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcəkdir. Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır”.(musavat.com)
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:23

"BakuBus"a direktoru işdən çıxarıldı - Yeni təyinat

12:19

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

12:15

Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO

12:10

Məktəblərlə bağlı qərar nə vaxt veriləcək? - AÇIQLAMA

12:04

“Facebook” və “Instagram” Trampın hesablarını blokdan çıxardı

12:00

Prezidentin köməkçisi: “Gələn həftədən vaksinasiya başlayacaq”

11:55

Azərbaycana gətiriləcək vaksinlərin ölümə səbəb olma iddialarına TƏBİB-dən REAKSİYA

11:51

Rayonlara gediş- gəliş nə zaman bərpa edilir? - RƏSMİ AÇIQLAMA

11:45

Azərbaycanda "SMS" icazə ləğv olunur

11:41

Restoranların fəaliyyəti bərpa edilir - RƏSMİ

11:35

Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ

11:31

Bakı metrosu açılır? - QƏRAR

11:12

Fransa da erməniləri xəyal qırıqlığına uğratdı

10:41

İşə başladığı ilk günlərdən etibarən şəffaf idarəçilik üsulu seçən Mayılov böyük islahatlara imza atır

16:00

Sabahın hava proqnozu

14:44

Ərdoğana peyvənd vuran həkim Türkiyədə gündəm oldu - FOTO

14:27

İlham Əliyev beynəlxalq təşkilatlara: "Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox"

14:23

Füzuli aeroportundan İsa bulağına getmək mümkün olacaq

14:19

Prezident Dağlıq Qarabağdakı ünsürlərə xəbərdarlıq etdi: “Gəlin alın, görüm necə alırsınız?”

14:15

Prezident: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi”

14:03

Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başladı

13:55

İlham Əliyev: “Bu yoldan keçən vətəndaşlarımız görəcəklər ki, Ordumuz əsl qəhrəmanlıq göstərib” - VİDEO

13:41

İlham Əliyev Xocalının Sığnaq kəndində - VİDEO

13:28

İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Böyük Tağlar kəndində - VİDEO

13:18

Prezident: “Xocavənd rayonuna gedirik” - VİDEO

12:24

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

12:19

İlham Əliyev Vaqif türbəsini ziyarət edib

12:14

Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO

12:11

Müdafiə Nazirliyi: Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür

12:07

Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada

12:03

İlham Əliyev Büllbülün ev muzeyini ziyarət edib

11:58

Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın "Güllələnmiş heykəllər" Şuşaya qaytarıldı

11:53

Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

11:28

Prezident: "Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir"