08:04 5.03.2019 175

Bürclər – 5 mart

Qoç – yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.

Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.

Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar.

Buğa – yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.

Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.

Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır.

Əkizlər – yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.

Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.

Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz.

Xərçəng – tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.

Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur.

Dostları unutmayın.

Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.

Şir – yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.

Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.

Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin.

Qız – maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.

Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin.

Tərəzi – özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.

Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ olmalıdır.

Vaxt darlığı problemlər vəd edir.

Əqrəb – dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.

Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.

Gəzintiyə yollanmaq olar.

Oxatan – yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun. Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin. Hisslərin, impulsların əsiri olmayın.

Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki perspektivləriniz indi müəyyənləşir.

Oğlaq – günün ilk yarısı dinamikdir. Emosional zamandır. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı olmaq asan deyil.

Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər üçün münasib zamandır.

Axşam saatlarında alış-verişə yollanmaq olar.

Dolça – fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd edir.

Günün ikinci yarısı tanışlıq və yazışmalar üçün münasibdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Uğur vəd edən şansı dəyərləndirin. Yaxın saatlarda baş verəcək olay ötənlərdə məruz qaldığınız itkinin acısını unutdura bilər. Dostlarla sıx təmaslarda olun.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Balıqlar – situasiyanın inkişaf məcrasına kobud müdaxilələr etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər. Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə bilər.

Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Sizi çoxdan bəri narahat edən məsələni həll etmək üçün qəti addımlar atmaq zamanıdır. Sərmayə üçün münasib zamandır. Nikbin olun, çətinliklərin sizi ruhdan salmasına rəvac verməyin.

Axşam saatlarını faydalı məşğuliyyətə həsr edin. (Milli.Az)
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO