Qonşu ölkədə qadınlara qadağan edilən peşələrin yeni siyahısı… – Nazir açıqladı

mar-02
07:18 2019
Rusiyada qadınlara qadağan edilən peşələrin yeni siyahısı bir ay müddətində qəbul olunacaq.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın əmək və sosial müdafiə nazirini müavini Aleksey Çerkasov bəyan edib.

Nazir müavini bildirib ki, ikinci dəfə ictimai müzakirədən keçən siyahıya Ədliyyə Nazirliyində də baxılıb. Onun sözlərinə görə, qadınların reproduktiv sağlamlığı üçün zərərli olan peşələr onlara qadağan olunub. Siyahını hazırlayanlar cəmiyyətdə qadın peşələri haqqında bəzi stereotiplərdən də uzaqlaşmağa çalışıblar. Nazirlik rus qadınları üçün qadağan edilən 456 peşəyə yenidən baxıb: zərif cinsin nümayəndələrinin çörəkbişirmə sexlərində usta, hava, dəniz, çay və dəmiryolu nəqliyyatında, ağırtonnajlı avtomobillərdə sürücü və sosial texnikanın maşinisti işləməsinə icazə veriləcəyi ehtimal olunur. Əmək və sosial müdafiə naziri Maksim Topilin bildirib ki, bu qadağaların götürülməsi qadınların işlə təmin olunmasında müsbət rol oynayacaq.

Rusiya Prezidenti Vladimir Putin gender bərabərliyinin təmin edilməsi və rusiyalı qadınlar üçün karyera məhdudiyyətlərinin aradan qaldırılması barədə sərəncam da imzalayıb. Rusiyada qadınların işləyə bilməyəcəyi 38 sahə üzrə 456 peşənin siyahısı 1974-cü ildə sovet hökuməti tərəfindən təsdiq edilib. Onların arasında matros, bosman, maşinist, avtobus sürücüsü və digər peşələr var.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər