İlham Zəkiyevə fəxri ad verildi

mar-01
14:10 2019
Bu gün “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Gənclər və İdman Nazirliyində fəxri adlar verilib.
Oxu.Az xəbər verir ki, iyirmi nəfər idman mütəxəssisinə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, qırx nəfər məşqçi-müəllimlərə müxtəlif idman növləri üzrə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, dörd nəfərə “Respublika dərəcəli hakim” və beş idmançıya “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adı verilib.

Fəxri ad alanlar arasında AFFA Hakimlər Komitəsinin üzvü, Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim işləyən Anar Salmanov, "Azərreyl" voleybol klubunun baş məşqçisi Famil Ağayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdoçu və paracüdo üzrə məşçi-müəllim İlham Zəkiyev və sambo üzrə dünya, ikiqat Avropa çempionu, I Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov da olub.
Anar Salmanov Bədən tərbiyəsi və idman işçisi, Famil Ağayev, İlham Zəkiyev əməkdar məşqçi və Amil Qasımov əməkdar idman ustası adına layiq bilinib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər