07:54 27.02.2019 135

Bürclər – 27 fevral

Qoç – münasibətləri aydınlaşdırmaq üçün düşərli zaman deyil. Karyeranız, işiniz və ya kommersiya fəaliyyətinizin hansısa formada asılı olduğu insanlarla ehtiyatlı davranın. Elektron hesablaşmada, yazışmada ehtiyatlı olun. Səhvlərə yol verməyin.

Günün ikinci yarısında maliyyə problemini ailə üzvləri ilə müzakirə etməyin. Pulla bağlı dartışma münaqişə yaratmamalıdır. Axşam saatlarında yeni münasibətlərə başlamayın. Hadisələrə süni təkanlar verməyin.

Buğa – diqqətli və sayıq olun. Rasional addımlar atın. Yüz ölçün, bir biçin. İrəliyə doğru tələsmədən hərəkət edin. Heç nədə ifrata varmayın. Estetik səciyyəli məsələlər sizi çox narahat etməməlidir.

Günün ikinci yarısında rasionunuza fikir versəniz, əhvalınız yaxşı olacaq. Allergiya, mədə pozuntusu, intoksikasiya riski var. Axşam saatlarını özünüzə həsr edin.

Əkizlər – ötənlərdəki uğursuzluqlar və şəxsi münasibətlərdəki problemlər əhvalınızı korlamasın. Özünüzü uğursuz insan saymayın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Səhvlərinizi etiraf edin.

Yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün günün ikinci yarısında yetərincə vaxtınız olacaq.

Axşam saatlarında yeni tanışlıq istisna deyil. Amma bu təmasların ömrü uzun olmayacaq. Ötənlərdə sizdə mənfi təəssürat yaratmış insanla görüş ola bilər.

Təmkinli davranın.

Xərçəng – aqressiv, sərt olmayın. Yaxın ətrafınızdakı insanlar qarşısında ifrat tələblər qoymayın. Təriflənmək, təqdir olunmaq istəyirsiniz. Belə hisslərə qapılmayın. Diqqət mərkəzində olmağa can atmayın.

Günün ikinci yarısında həddən artıq enerji və zəhmət tələb edən işə başlamayın. Belə cəhdlərdə məna və fayda yoxdur. Dəvət aldığınız yerə axşam saatlarında yollanın. Özünüzü naqolay hiss etməyin.

Axşam saatlarında istirahət etməyə çalışın.

Şir – hadisələrə təsir imkanlarına malik insanların fikri ideallarınızın əksi ola bilər. Xoşagəlməz məqamlar və mübahisələr var. Fəqət, heç bir halda seçdiyiniz yola şübhə etməyin. İndiyədək gərgin, qarışıq münasibətlərdə olduğunuz insanlardan biri yardım üçün müraciət edəcək. Aldanmayın.

Günün ikinci yarısında qonşular və dostlarla mübahisələr yarana bilər. Ailə üzvləri ilə sərt danışmayın. Heç bir halda ətrafınızdakı insanlara sərt təzyiq göstərməyə çalışmayın. Belədə işləri daha da korlaya bilərsiniz.

Qız – çoxdan başladığınız işləri bitirmək üçün uğurlu zamandır. Ötənlərdəki addımlarınızı təhlil edin, yeni həll variantları və irəliləyiş vasitələrini nəzərdən keçirin. Maliyyə fonu yaxşı deyil. Sayıq olun.

Yaxşı tanımadığınız insanlara günün ikinci yarısında güvənməyin. Sizi aldatmağa çalışacaqlar.

Şəxsi münasibətlərdə xatirələr durumu dəyişə bilər. Ötənlərdə var olmuş bir ünsürün çatışmazlığını hiss edəcəksiniz. İllüziyalara qapılmayın, məntiqlə hərəkət edin.

Tərəzi – ağır, ciddi işlər planlaşdırmayın. Uzaq yola çıxmayın. Bütün planları həyata keçirmək mümkün deyil. Mənasız cəhdlər, sadəcə, ifrat yorğunluq vəd edir. Bütün diqqəti cari işlərə yönəldin, qarşınıza kiçik məqsədlər qoyun. Başladığınız layihəni qüsursuz yerinə yetirməyə çalışın.

Günün ikinci yarısında əlavə gəlir mənbəyini aşkarlaya bilərsiniz. Zahiri görünüşünüzün qayğısına qalın. İmicinizi düşünün. Yarımçıq məsələləri bitirmək üçün axşam saatları sərfəlidir.

Gəzintiyə çıxa bilərsiniz.

Əqrəb – baş verənlərə fərqli aspektdən baxmağa çalışın. Hadisələr arasında ilk baxışdan sezilməyən əlaqə və ya bağlılığı sezə bilərsiniz. Ciddi olun, həllini tələb edən problemlərə barmaqarası baxmayın. Diqqəti əsas məsələyə yönəldin.

Öz maraqlarınızı unudub bütün vaxtınızı başqalarının çətinliklərinin həllinə sərf etməyin. Şəxsi münasibətlər kamillikdən uzaqdır. Problemləri həll etməyə başlamasanız, münasibətlər korlana bilər. Axşam saatlarında normal istirahət edin.

Oxatan – qayğıların, problemlərin, müşküllərin çox olduğu gündür. Yaddan çıxardığınız və ya təxirə saldığınız məsələləri həll etməli olacaqsınız. İkinci dərəcəli məsələləri aktual hesab etməyin. Gümrah olun. Qətiyyətli və iradəli davranın.

Günün ikinci yarısında xatirələrə qapılmayın. İfrat özünütənqid, ən kiçik səhvlərin böyüdülərək faciəvi yanlışlıq həddinə çatdırılması əhvalınızı korlaya bilər. Özünüzü bütün məqamlara görə suçlamayın. Uğurlarla bahəm, yanlışlıqlar da gərəkli yaşam təcrübəsidir.

Oğlaq – görüldən işlərdən narazılıq hissi yarana bilər. Yeni yüksəkliklər fəth etmək istəyirsinizsə, sizə mane olan sədləri aşın. İşlərdə optimal nəticəyə nail olmaq istəyirsinizsə, kənar təsir altında olmayın. Ruhdan düşməyin. Durumu real dəyərləndirin, perfeksionizmə qapılmayın. Vasvasılıq ziyandır.

Günün ikinci yarısında tələsməyin, problemləri tədricən həll edin. Kiçik detallar, xırdalıqlar sizi sinirləndirməsin.

Axşam saatlarını səmimi ortamda keçirin. Yaxınlarınızla təmaslarda soyuqqanlı və laqeyd olmayın. Əks təqdirdə cavab reaksiyası ilə qarşılaşacaqsınız.

Dolça – çoxdan bəri həllini tələb edən problemlərdən biri yenidən gündəmə gələcək. Sədlərlə maneələri sürətlə aradan qaldırmaq cəhdləri heç bir nəticə verməyəcək. Durumdan çıxış yolu tapmağa çalışın. Çətinliklər sizi qorxutmasın.

Günün ikinci yarısında romantik əhval-ruhiyyədə olmayın. Sevdiyiniz insandan uzaqda olsanız da, onu unutmayın. Nikbin olun, bədbinliyə qapılmayın.

Axşam saatlarını ailə üzvlərinizə həsr edin.

Balıqlar – günün ilk yarısından etibarən situasiya gərgin olacaq. Əsla nəzərdə tutulmamış hadisələr baş verə bilər. Dəstəyə, maddi və mənəvi yardıma ehtiyacınız var. Kimin əsl dost, kimin də sizdən sui-istifadə etməyə çalışan insan olduğunu araşdırın. Dostlarla tanışları ayırd edin.

Günün ikinci yarıında alış-veriş zamanı bədxərclik etməyin. Sərfiyyata fikir verin. Yaşam potensialınızın yüksək olduğu dövrdür. Bir sıra məsələləri həll etmək olar.

Axşam saatlarında normal istirahət etməyə çalışın. (Milli.Az)
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Şənbə gününün havası açıqlandı

15:30

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin TAM SİYAHISI

14:21

YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüblər

13:32

Bayram günləri rayonlara gediş-gəliş qadağan olunur? - AÇIQLAMA

13:21

Mübariz Mənsimov azadlıqda!

13:15

Sərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA

12:20

Azad olunmuş ərazilərlə bağlı yeni işçi qrupu yaradılıb - RƏSMİ

12:16

Azərbaycanda KORONAVİRUSLA BAĞLI bu qadağa LƏĞV EDİLƏ BİLƏR

12:11

6 partiya YAP-a qoşuldu

11:08

Azərbaycanda daha bir intihar hadisəsi

10:39

Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda daha bir tarixi abidə bərpa ediləcək - FOTO

10:30

İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB

10:22

Füzulinin Yuxarı Rəfədinli kəndindən görüntülər - VİDEO

10:16

Müalicə üçün Türkiyəyə göndərilən dörd qazimiz sağalaraq Vətənə döndü - FOTO

10:11

Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq

09:50

Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan İNANILMAZ ADDIM

09:45

Azərbaycan iqtisadi azadlığa görə dünyada 38-ci yerə yüksəldi

09:41

Qazaxıstan mediasında İlham Əliyevin brifinqdə səsləndirdiyi fikirlərlə bağlı məqalə dərc edildi - FOTO

09:37

YAP-ın qurultayı başlayır

09:33

Buraxılış imtahanları ilə bağlı YENİ QƏRAR

09:21

Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası necə aparılır? - VİDEOREPORTAJ

09:16

Brifinqin vaxtı məlum oldu - Karantin qaydaları sərtləşdirilir

09:12

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

08:57

Xaricdən yeni avtomobil gətirənlərə ŞAD XƏBƏR

14:55

Ərdoğan: “Qardaşımız Azərbaycan torpaqlarını azad etməklə bölgədə yeni dövrün qapılarını açıb”

14:52

İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir - FOTO

14:04

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar

13:56

Sabahın havası - yağış, duman..

13:52

Ərdoğana ağır itki üz verdi - FOTO

12:42

Bakıda AİLƏ DƏHŞƏTİ: Qayınanasını öldürdü, arvadını isə yaraladı - TƏFƏRRÜAT

12:33

Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbədir

12:27

Polad Həşimovun şərəfli həyat yolu - VİDEO

12:17

Azərbaycan nefti yenidən bahalaşdı

12:03

Mədət Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü