Məmur övladlarının növbəti avtoşluq görüntüləri üzə çıxdı- VİDEO

apr-29
18:39 2014
Məmur övladlarının növbəti avtoşluq görüntüləri üzə çıxdı- VİDEO

«Porşe Panamera» markalı maşının üzərindəki dövlət nömrə nişanının həmin avtomobilə aid olmadığı məlum olub, işin içində yenə də Məmmədovların adları hallanır

Bir müddət əvvəl ölkə mətbuatına bomba kimi düşən məmur övladlarının avtoşluğu ilə bağlı videogörüntülərə daha biri əlavə olunub. JAM.AZ xəbər verir ki, növbəti belə videogörüntü «Yeni Müsavat» qəzetinin elektron ünvanına daxil olub.

Həmin videonu göndərən R.Bağırov adlı şəxs iddia edir ki, avtoşluq edən bu maşınların hamısı Məmmədovlara məxsusdur. Görüntüləri mətbuata ünvanlamaqda məqsədi isə Məmmədovların taksi sürücülərini incitməsidir.

Məsələ ilə bağlı araşdırma aparan JAM.AZ bir sıra maraqlı məqamlara aydınlıq gətirməyə bacarıb. Belə ki, avtoşluq edən maşınlardan birinin nömrəsi 10 NO 004 dövlət nömrə nişanlı «Porshe Panamera» markalı maşının konkret olaraq kimə məxsus olduğu sistemdə belə mövcud deyil. Bəzi mənbələrlə dəqiqləşdirmə zamanı aydınlaşıb ki, bu dövlət nömrə nişanı 2-3 il bundan əvvəl Məmmədovlardan birinə məxsus olub. Lakin həmin müddətdən sonra bu nömrənin kimə verildiyi bəlli deyil.

Digər bir maşın 10 AZ 458 dövlət nömrə nişanlı «Mersedes S65 AMG» markalı maşının isə başqa bir məmurun oğluna məxsus olduğu da artıq JAM.AZ tərəfindən dəqiqləşib. Lakin bununla bağlı bəzi xırda detalların da araşdırılmasına ehtiyac var ki, bu səbəbdən də həmin məmurun və onun yaxın qohumunun adını açıqlamırıq.

Videogörüntülərdəki digər avtomobillərin də kimlərə məxsus olduğunu dəqiqləşdirməyə çalışırıq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyevəl bununla bağlı əlaqə saxladıq. Kamran Əliyev JAM.AZ-a bildirdi ki, qeyd olunan dövlət nömrə nişanı (10 NO 004) həqiqətən də «Porshe Panamera» markalı maşına aid deyil. Lakin mətbuat xidmətinin rəhbəri bu nömrənin konkret olaraq kimə məxsus olması barədə məlumat vermək səlahiyyətlərinin olmadığını dilə gətirib. O həmçinin bu görüntülərlə bağlı araşdırma aparacaqlarını da qeyd edib.

xeberci.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər