14:15 25.02.2019 203

"Çox ciddi islahatlar aparılacaq" — İlham Əliyev

“İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, son illər ərzində aparılan uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir:

“Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.

İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaq.
Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu. Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq”.

Daha sonra prezident: "Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır"- deyə qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar:

"Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır.

Onu da bildirməliyəm ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Yəni, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır".
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Şənbə gününün havası açıqlandı

15:30

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin TAM SİYAHISI

14:21

YAP Ağsu rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüblər

13:32

Bayram günləri rayonlara gediş-gəliş qadağan olunur? - AÇIQLAMA

13:21

Mübariz Mənsimov azadlıqda!

13:15

Sərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA

12:20

Azad olunmuş ərazilərlə bağlı yeni işçi qrupu yaradılıb - RƏSMİ

12:16

Azərbaycanda KORONAVİRUSLA BAĞLI bu qadağa LƏĞV EDİLƏ BİLƏR

12:11

6 partiya YAP-a qoşuldu

11:08

Azərbaycanda daha bir intihar hadisəsi

10:39

Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda daha bir tarixi abidə bərpa ediləcək - FOTO

10:30

İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB

10:22

Füzulinin Yuxarı Rəfədinli kəndindən görüntülər - VİDEO

10:16

Müalicə üçün Türkiyəyə göndərilən dörd qazimiz sağalaraq Vətənə döndü - FOTO

10:11

Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq

09:50

Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan İNANILMAZ ADDIM

09:45

Azərbaycan iqtisadi azadlığa görə dünyada 38-ci yerə yüksəldi

09:41

Qazaxıstan mediasında İlham Əliyevin brifinqdə səsləndirdiyi fikirlərlə bağlı məqalə dərc edildi - FOTO

09:37

YAP-ın qurultayı başlayır

09:33

Buraxılış imtahanları ilə bağlı YENİ QƏRAR

09:21

Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası necə aparılır? - VİDEOREPORTAJ

09:16

Brifinqin vaxtı məlum oldu - Karantin qaydaları sərtləşdirilir

09:12

Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

08:57

Xaricdən yeni avtomobil gətirənlərə ŞAD XƏBƏR

14:55

Ərdoğan: “Qardaşımız Azərbaycan torpaqlarını azad etməklə bölgədə yeni dövrün qapılarını açıb”

14:52

İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir - FOTO

14:04

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar

13:56

Sabahın havası - yağış, duman..

13:52

Ərdoğana ağır itki üz verdi - FOTO

12:42

Bakıda AİLƏ DƏHŞƏTİ: Qayınanasını öldürdü, arvadını isə yaraladı - TƏFƏRRÜAT

12:33

Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbədir

12:27

Polad Həşimovun şərəfli həyat yolu - VİDEO

12:17

Azərbaycan nefti yenidən bahalaşdı

12:03

Mədət Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü