08:55 25.02.2019 174

Azərbaycanlı biznesmen oğlu Rusiyada dəhşət saçdı: 2 ölü, 3 yaralı – Video

Sankt-Peterburqun mərkəzində baş verən qəzada iki nəfər ölüb, 3-ü ağır olmaqla və biri nisbətən yüngül yaralanıb. Hadisəni azərbaycanlı gənc “BMW X6” markalı maşını ilə piyada səkisində şütüyərkən törədib.

Sputnik Azərbaycan “Fontanka” nəşrinə istinadla xəbər verir ki, sükan arxasında əyləşən şəxs Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Murad Qasımovdur.

Onun törətdiyi qorxunc qəza ötən gecə yerli vaxtla təxminən saat 02:00-da baş verib.

Tünd rəngli yan şüşələri olan qara rəngli BMW X6 sürətlə Liteynaya küçəsi ilə kəsişmədə şütüyüb. Bir qədər fasilə verərək 53 nömrəli binanın yaxınlığında “Mersedes” markalı avtomobili ötüb. Sonra “Škoda Octavia” markalı maşını vuran BMW səkiyə çıxıb. Maşın yandakı işıq dirəyinə yüngülcə toxunandan sonra səkidəki piyadaları vurub. Sürəti azaltmayan BMW pidalarla yanaşı Starbacks kafesinin də qapılarını qırıb.

Burada maşın iki nəfərin ölümünə səbəb olub. Onlardan birinin adı 40 yaşlı ABŞ vətəndaşı Todd Eşli Kroveldır. Maşının sürəti o həddə olub ki, bu qədər zərbələrdən sonra sürücü avtomobili saxlaya bilməyib. On metr sonra BMW Corinthia Hotels-in sütunlarının altından keçib. Maşın daha 50 metr də hərəkət edəndən sonra Nevski küçəsinə çıxıb. Burada isə nəhayət avtomobil dayanıb.



Meyitləri hadisə yerindən dərhal aparmayıblar. Təcili yardım 3 nəfər ağır yaralanı xəstəxanaya çatdırıb.

Sürücünün özü isə ciddi xəsarət almayıb. O, baş vermiş hadisəni gec dərk edib. Əvvəlcə sürücünün nə dediyini başa düşməyiblər, sonra dili açılıb. O, anlaqlı vəziyyətdə proqramlaşdırılmış suallara açıq şəkildə cavab verib.

Məlum olub ki, Murad Qasımov Azərbaycanda anadan olub. 2010-cu ildən ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayır. Con Rid küçəsindəki 3 otaqlı mənzildə qeydiyyatdadır.

Qəzadan dərhal sonra Muradla birlikdə yaşayan çoxsaylı qohumları hadisə yerinə gəliblər. Lakin onlar polisin mühasirəyə aldığı Muradı görə bilməyiblər. Hadisə yerinə Sankt-Peterburq şəhər polisinin rəisi şəxsən gəlib.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Qasımov yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.

Ekspertizadan keçərkən, Murad həkimə etiraf edib ki, dünən axşam barlardan birində “şarik” iyləyib, sükan arxasında isə, sadəcə olaraq, “sönüb”. Qəza zamanı nə baş verdiyinin fərqində olmayıb.

Qasımovun sahibkarlıq fəaliyyəti və Rusiyadakı azərbaycanlı burjuaziyasına daxil olub-olmadığı məlum deyil. Sadəcə o məlumdur ki, onun atası ciddi sahibkardır. Bu səbəbdən də o, “Vkontakte”də dəbli avtomobilləri və bahalı maşın nömrələrini bəyannaməsiz-filansız təqdim edə bilir. O, sorğu protokolunda işsiz olduğunu qeyd edib.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:45

SOCAR Petkim ötən il nə qədər qazanıb? - RƏSMİ + FOTO

11:34

Polisdən əməliyyat: 120 nəfərdən ibarət toy məclisi dayandırıldı - FOTO

11:26

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

11:12

Pakistanın Baş Qərargah rəisi Azərbaycandadır

10:56

Ağsu Rayon İşıq İdarəsində Özbaşınalıq!

10:07

Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-a etiraz

10:04

DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib

09:57

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

09:15

COVAX-ın vədinə əməl etməməsi ilə bağlı - Agentlikdən açıqlama

09:09

Baku TV zibil içindəki su kanalını işıqlandırıb nəticə əldə etdi - VİDEO

09:04

Xalq artistinə ağır itki - FOTO

08:59

Məşhur azərbaycanlı diktorun qızı ərini döyübmüş - VİDEO

16:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri

15:32

İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu

15:01

Bakıda 22 yaşlı idmançı idman zalında öldürüldü - TƏFƏRRÜAT - FOTO

14:16

Dronlar Qarabağda elektrik qəzalarını müəyyən edəcək - VİDEO

13:20

DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

13:14

Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

13:09

Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO

13:00

İranda 4 nəfər edam olundu

12:05

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundu

11:59

Əmək pensiyası təyin olunanlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

11:54

Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi

11:14

Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR

11:02

Çavuşoğlu Anar Kərimov ilə görüşüb

10:58

ÜST-dən COVİD-19-la bağlı AÇIQLAMA - Son 7 həftədə ilk dəfə

10:53

Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

10:41

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

10:25

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – VİDEO

09:53

Səfir: İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - MÜSAHİBƏ

09:48

Bu il Həcc ziyarəti üçün şərtlər AÇIQLANDI

09:42

“Füzuli Airport” MMC fəaliyyətə başlayacaq

09:36

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

09:16

Finlandiyada fövqəladə vəziyyət elan olundu