08:43 25.02.2019 238

Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət

Dünyanın qan ocaqlarından biri də Kəşmirdir. Kəşmir vilayəti Pakistan və Hindistan arasında mübahisəli ərazidir.

1947-ci ildən Kəşmirin üstündə Hindistan və Pakistan arasında qovğa gedir, artıq 72 ildir.

Bu dava başlayanda yenicə doğulmuş insanların əksəriyyəti artıq ölüb-gedib, ancaq Kəşmir davası bitməyib, hətta bu günlərdə yeni başlanmış kimi bir səciyyə qazanıb.

Üç dövlətin – Çin, Hindistan və Pakistanın sərhədlərinin qovuşuğunda olan və bu üç dövlət arasında bölünən Kəşmir dünyaca məşhurdur. Kəşmirin bərəkətli torpaqları, əlverişli iqlimi var.

Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət








Bu kəlmə (Kəşmir) dünyanın hər yerində bəllidir, “Kəşmir xalısı” Yeni Zelandiyadan Kanadaya, Yaponiyadan Çiliyə qədər dünyanın bütün nöqtələrində tanınır.

Kəşmir davasının özəlliyi ondadır ki, həm Hindistan, həm də Pakistan onu bölmək istəmirlər. Hər ikisi Kəşmiri bütöv istəyir. Çin isə Kəşmirin özünə düşən hissəsi ilə qaneymiş kimi görünür.

Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət











Hari Sinqh

Yuxarıda deyildiyi kimi, münaqişə 1947-ci ildə, Böyük Britaniyanın müstəmləkəsi olan böyük Hindistan parçalananda başlayıb. O zaman Kəşmir əhalisinin 77 faizi müsəlman olub və onlar vilayəti idarə edən hind maharaca Hari Sinqhə qarşı üsyan qaldırıblar. Həmin ilin oktyabrında puştun qəbilələri afridilər, yusufzaylar və məsudlar Pakistanın ərazisindən Kəşmir knyazlığına hücum edərək qiyam qaldırmış din qardaşlarına kömək ediblər. Az sonra “Pakistan könüllülüləri” də onlara yardıma gəliblər və qısa bir müddət əvvəl Hindistana məxsus bu vilayətin yarısında Azad Kəşmir dövləti yaradılıb. Tezliklə knyazlığın Pakistanın tərkibinə qatıldığı elan olunub. Buna cavab olaraq Hari Sinqh Kəşmirin Hindistana birləşdirilməsi barədə bəyanat verib və Hindistan hökumətindən hərbi yardım istəyib.

Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət











Tez-tələsik Kəşmirə göndərilən Hindistan qoşunları pakistanlıların qabağını Kəşmirin paytaxtı Sriniqar yaxınlığında kəsiblər. Sonra Pakistan və Hindistan dövlətləri arasında danışıqlar başlayıb. Tərəflər Kəşmir əhalisinin öz iradəsini azad şəkildə bildirməsinin zəruriliyi haqqında prinsip razılaşmasına gəliblər. Ancaq hərbi əməliyyatlar dayandırlmayıb. Tezliklə münaqişəyə Pakistanın nizami qoşunları da qatılıb. Döyüşlər sürəkli səciyyə alıb və təxminən bir il davam edib. Bu, birinci Hindistan-Pakistan müharibəsi kimi tanınır.

1949-cu ildə BMT münaqişəyə müdaxilə edib, Kəşmiri ikiyə bölən təmas xətti elan edilib. Kəşmirin təxminən yarısı – 77.5 min kv.km hissəsi (təxminən ölkəmiz boyda olan ərazi) Pakistana, yarısı isə Hindistana qalıb. Hər iki tərəf qoşunlarını vilayətdən çıxarmayıb, hər ikisi qarşı tərəfi işğalçı adlandırıb. Dünya dövlətləri də bu məsələdə tərəf tutublar, SSRİ Azad Kəşmir “dövləti”nin Hindistanın vilayətini qanunsuz işğal etdiyini bildirib, ABŞ Kəşmir məsələsini “həll olunmamış məsələ” adlandırsa da, əvvəldən Pakistanın tərəfini tutub. Hindistan Cammu və Kəşmirə ştat statusu verib, ştatın yay paytaxtı Srinqar, qış paytaxtı Cammu elan edilib. Kəşmirdən keçən təas xətti faktiki olaraq Hindistan və Pakistan arasında dövlət sərhədinə çevrilib.

Kəşmirin Pakistanın nəzarəti altında olan torpaqlarının böyük hissəsi paytaxtı Gilgit şəhəri olan xüsusi bir administrasiya vahidinə verilib, Azad Kəşmirin tərkibində yalnız 2 169 kv.km-lik nazik zolaq qalıb. Azad Kəşmir hökumətinin paytaxtı Müzəffərabad şəhəri elan olunub. Bu tanınmamış dövlət formal olaraq hətta öz silahlı qüvvələrinə də malikdir.

Kəşmir Pakistan üçün xüsusi əhəmiyyətə malik bölgədir. Bu region Hindistanın Mərkəzi Asiyaya çıxışını bağlayır, Pakistanı isə öz müttəfiqi Çinlə qonşu edir.

1962-ci ildə baş verən Hindistan-Çin müharibəsindən sonra 1963-cü ildə Pakistan və Çin arasında sərhəd sazişi imzalanıb və Hindistan ərazisinin bir hissəsi, Şaksham vadisi Çinin əvvəldən, 1950-ci ildən işğal etdiyi Kəşmir ərazisi Aksayçinlə birlikdə Çində qalıb.

1965-ci ildə baş verən ikinci Hindistan-Pakistan müharibəsi Kəşmirin Hindistanın nəzarətində olan hissəsində qiyam qaldırmaq məqsədilə keçirdiyi məxfi əməliyyat üzündən alovlanıb. Hərbi əməliyyatlar Kəşmirdə və ondan kənarda aparılıb. Ancaq bu müharibənin qalibi olmayıb, tərəflər BMT-nin müdaxiləsindən sonra heç-heçəyə razılaşıblar.

Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət










Bu, regiondakı sonuncu savaş olmayıb. 1971-ci ildə Hindistan və Pakistan arasında daha böyük bir müharibə baş verib və bu savaş Şərqi Pakistandakı Pakistan qoşunlarının kapitulyasiyası ilə yekunlaşıb. Nəticədə Banqladeş Pakistandan ayrılaraq dövlət olub. Kəşmirdə də döyüşlər gedib, ancaq tərəflər burada həlledici uğur qazana bilməyiblər. Təmas xətti təxminən əvvəlki kimi qalıb.

Hazırda Pakistan Kəşmir münaqişəsini beynəlxalq mübahisə predmeti sayır və bu məsələnn beynəlxalq forumlarda müzakirəsini, digər dövlətlərin vasitəçiliyi həll edilməsini məqbul hesab edir, BMT-nin müvafiq qətnamələrinin əldə rəhbər tutulmasına çalışır.

Hindistan isə Kəşmir problemini beynəlxalq mübahisə predmeti saymır, onu Pakistanın köməyi ilə “xaricdən gələn terrorçuların” işğal etdiyi Hindistan ştatlarının ərazisi hesab edir.

Bu günlərdə artıq üç yerə bölünmüş Kəşmirdə ödrdüncü müharibə başlamaq üzrədir. Tərəflər yenə də qarşı-qarşıya durublar və bir-birindən təxribat gözləyirlər.
Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət












Pakistanın baş naziri İmran Xan ölkəsinin hərbi qulluqçularına Hindistan tərəfdən gələ biləcək istənilən təcavüzə cavab verməyi əmr edib.

Baş nazir fevralın 14-də Cammu və Kəşmir ştatlarında hərbçilərə qarşı törədilən terror aktına Pakistanın aidiyyəti olmadığını bildirib.

Həmin gün kamikadze terrorçu hərbi qüvvə daşıyan avtokolonun yaxınlığında özünü partladaraq 45 hərbçinin ölümünə səbəb olub.

Beləliklə, Kəşmirdə dördüncü savaş başlaya bilər.

Kəşmirdə siyasət: bölgə 4-cü savaşın astanasında – Bizim Qarabağa bənzəyən vilayət










Göründüyü kimi, Kəşmir münaqişəsi bir çox xüsusiyyətlərinə görə bizim Qarabağ konfliktinə bənzəyir – bir ölkənin başqa bir ölkəyə “könüllülər” və “xalq müdafiəçiləri” yeridərək qiyam qaldırmış əhaliyə yardım göstərməsi, qoparılmış əraizdə suveren dövlət elan edilməsi, sonra bu dövlətin ana dövlətə birləşdiirlməsi, ortadan çəkilən təmas xətti, BMT-nin qətnamələri, konfliktin dinc vasitələrlə tənzimlənməsinə çağırışlar, uzun illər boyunca (72 il) sürən danışıqlar, atəşkəs rejiminin tez-tez pozulması, 15-20 ildən bir müharibənin yenidən alovlanması, rus dövlətinin birmənalı, ABŞ-ın isə riyakar şəkildə tərəf tutması və s.

Fəqət fərqlər də var: Qarabağ Azərbaycanın əzəli torpağıdırsa, Kəşmir yerli afridilərin, yusufzayların, məsudların əzəli torpağıdır. Onların öz müqəddəratlarını təyin etmək hüququ var.

Azərbaycan Kəşmirin Hindistandan qoparılmasını və ikiyə bölünməsini açıq şəkildə dəstəkləyə bilməz, amma Pakistan bizə müttəfiq dövlət olduğundan biz onun ümdə manefelərinə zidd olan mövqe də tuta bilmərik.

Bununla belə, 72 ildir davam edən bu münaqişəyə baxanda biz heç cür optimizmə köklənə bilmirik. Biz hələ Qarabağda cəmi bir müharibə və bir müharibəyə oxşayan hərbi əməliyyatlar görmüşük. Münaqişənin ömrü isə cəmi 30 ildir.

Görünür, kəşmirlilər kimi, biz də hələ uzun illər münaqişə bölgəsində yaşayacaq, sabit sülh görməyəcəyik.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:45

SOCAR Petkim ötən il nə qədər qazanıb? - RƏSMİ + FOTO

11:34

Polisdən əməliyyat: 120 nəfərdən ibarət toy məclisi dayandırıldı - FOTO

11:26

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

11:12

Pakistanın Baş Qərargah rəisi Azərbaycandadır

10:56

Ağsu Rayon İşıq İdarəsində Özbaşınalıq!

10:07

Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-a etiraz

10:04

DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib

09:57

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

09:15

COVAX-ın vədinə əməl etməməsi ilə bağlı - Agentlikdən açıqlama

09:09

Baku TV zibil içindəki su kanalını işıqlandırıb nəticə əldə etdi - VİDEO

09:04

Xalq artistinə ağır itki - FOTO

08:59

Məşhur azərbaycanlı diktorun qızı ərini döyübmüş - VİDEO

16:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri

15:32

İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu

15:01

Bakıda 22 yaşlı idmançı idman zalında öldürüldü - TƏFƏRRÜAT - FOTO

14:16

Dronlar Qarabağda elektrik qəzalarını müəyyən edəcək - VİDEO

13:20

DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

13:14

Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

13:09

Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO

13:00

İranda 4 nəfər edam olundu

12:05

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundu

11:59

Əmək pensiyası təyin olunanlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

11:54

Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi

11:14

Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR

11:02

Çavuşoğlu Anar Kərimov ilə görüşüb

10:58

ÜST-dən COVİD-19-la bağlı AÇIQLAMA - Son 7 həftədə ilk dəfə

10:53

Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

10:41

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

10:25

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – VİDEO

09:53

Səfir: İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - MÜSAHİBƏ

09:48

Bu il Həcc ziyarəti üçün şərtlər AÇIQLANDI

09:42

“Füzuli Airport” MMC fəaliyyətə başlayacaq

09:36

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

09:16

Finlandiyada fövqəladə vəziyyət elan olundu