“BNA sürücülürə qan uddurur!” paylaşımına dövlət agetliyi reaksiya verdi – Foto

fev-22
12:06 2019
Bakı Nəqiyyat Agentliyi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin facebook sosial şəbəkəsindəki hesabında “Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur!!!” məzmunlu paylaşımına münasibət bildirib.

Minval.info-nun verdiyi xəbərə görə, BNA-nın sözçüsü Mais Ağayev bildirib ki, R.Məcid “Nissan Altima” markalı avtomobili ilə Yazıçılar Birliyinin inzibati binasına getdiyi zaman Xaqani küçəsində nəqliyyat vasitəsi qanunsuz parklanmaya intellektual nəzarət kameraları tərəfindən qeydə alınıb və inzibati tənbeh tədbiri görülüb.

R.Məcid iddia edib ki, nəqliyyat vasitəsi 20-30 saniyə qadağan edilən yerdə dayandığı üçün cərimə sanksiyası tətbiq edilib. O, BNA əməkdaşına məlumat verərkən avtomobilin Dövlət Qeydiyyat Nişanı 90 PV 525 bildirsə də, sonradan 10 PV 525 olduğunu əlavə edib. Hər iki Dövlət Qeydiyyat Nişanı üzrə araşdırma aparılıb.

Müəyyən edilib ki, 10 PV 525 Dövlət Qeydiyyat Nişanlı “Nissan Altima” markalı avtomobilin iştirakı ilə nə fevralın 19-da, nə də əvvəlki günlərdə dayanma və durma qaydalarının pozulmasına dair hər hansı bir fakt qeydə alınmayıb.

90 PV 525 Dövlət Qeydiyyat Nişanlı avtomobilin iştirakı ilə isə dayanma və durma qaydalarının pozulması ilə bağlı bir hal qeydə alınıb. 15.02.2019 tarixində saat 11:09-da qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü avtomobillə Nəsimi rayonu Səməd Vurğun küçəsi Təzə bazarın yanına gələrək dayanma və durmanın qadağan edildiyi yerdə avtomobilini park edib. Saat 11:12-də sürücünün bu xətası kameralar tərəfindən qeydə alınıb. Saat 11:22-də isə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə inzibati tədbir görülüb. Təqdim edilən foto və video görüntülərdən də məlum olduğu kimi bu nəqliyyat vasitəsi qadağan edilən yerdə 10 dəqiqədən də artıq nəqliyyat vasitəsini saxlayaraq qanunun tələblərini pozub.

M.Ağayev qeyd edib ki, 90 PV 525 Dövlət Qeydiyyat Nişanlı “Toyoto Prado” markalı avtomobilin bu və ya digər formada Rəşad Məcidə aid olub olmadığını dəqiq bilməsələr də, hər halda bu nömrəni onlara R.Məcid özü təqdim edib: “Və elə bu nəqliyyat vasitəsi ilə bağlı olan nəticələr onu deməyə əsas verir ki, hörmətli Rəşad müəllimin “Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!” fikirləri reallığı əks etdirmir. Əks halda, bir nəqliyyat vasitəsinə 10 dəqiqədən sonara cərimə sanksiyası tətbiq edilməzdi”.

“BNA sürücülürə qan uddurur!” paylaşımına dövlət agetliyi reaksiya verdi – Foto

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər