Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı

fev-21
05:43 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun vəkili vəsatət verərək istintaq zamanı pozuntulara yol verdiyini bildirib və cinayət işinin prokurorluğa qaytarılmasını istəyiblər.

Prokuror bildirib ki, təqdim edilən hallara məhkəmə baxışında, sənədlərin tədqiqi mərhələsində qiymət verilə bilər.

Zərərçəkmiş Toğrul Tağıyevin vəkili Cavad Cavadov vəsatət qaldırıb və məhkəmə prosesinin qapalı keçirilməsini istəyib: “Zərərçəkmiş şəxslər təqsirləndirilən Mahmud Tağıyevin reket jurnalistika fəaliyyətinin qurbanlarıdır. Bu işdə ailə, şəxsi sirrlər var”.

Hakim müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini açıqlayıb. Qeyd olunub ki, cinayət işində pozuntular yoxdur və M. Tağıyev barəsində həbs qətimkan tədbiri düzgün seçilib. Həmçinin, məhkəmə prosesinin açıq keçirilməsinə qərar verilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses fevralın 27-də davam etdiriləcək.

İttihama görə, M. Tağıyev Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. Onun cinayət işi üzrə zərərəçəkmiş qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, qaynı Toğrul Tağıyev və “Yuxa” restoranının sahibi Azər Həsənov tanınıb.

Belə ki, M. Tağıyev qaynı Toğrul Tağıyevdən 120 min manat, Elçin Bədəlovdan 80 min manat, Xaliq Abbasovdan 20 min manat, Azər Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə tələb edərək almaqda ittiham olunur.

O, qaynı Toğrul Tağıyevi onun intim video görüntülərini yaymaq və rəhbərlik etdiyi istehsal müəssisəsində qanunu pozduğuna dair yazılar yayımlayacağı ilə hədələyib.

Elçin Bədəlovun rəhbərlik etdiyi şirkət haqda “Nort Vest Konstrakşn” tenderlərdə hansı oyunlar oynayır" başlıqlə yazı dərc edib. Daha sonra E. Bədəlovdan pul tələb edib, o isə pul verməkdən imtina edib. Buna görə də növbəti dəfə "Elçin Bədəlov kimdir" başlıqlı yazı dərc edib.

Xaliq Abbasov haqda yazılar dərc etdikdirdən sonra o, qafqaznews.az saytını məhkəməyə verib. Xətai Rayon Məhkəməsi saytın təkzib verməsi, üzr istəməsi, yazının saytdan silinməsi və cərimə olaraq Silahlı Qüvvələr Fonduna 2 min manat ödənilməsinə qərar verib. İttihama görə, M. Tağıyev həmin yazıların silinməsi üçün X. Abbasovdan 20 min manat tələb edib.

M. Tağıyev həmçinin Azər Həsənovdan pul tələb edib və ala bilmədiyi halda saytda "Yuxa restoranı xarici kəşfiyyat orqanlarına işləyir" başlıqlı yazı dərc edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər