"Rabitə Bank"dan müştərilər niyə pullarını geri çəkir? - BÖHRAN

fev-19
06:04 2019
Xəbər verdiyimiz kimi "Rabitə Bank"ın müddətli depozit portfeli əriyib. Belə ki, 2018-ci ilin 4-cü rübündə bankın müştəriləri 26 mln. 444 min manat məbləğində pulu geri çəkərək bankın müddətli depozitlərini 210 mln. manat 951 min manata endirib.
"Kommersant.az" bildirir ki, "Rabitə Bank"ın depozit faizləri bazardakı digər banklarla müqayisədə çox aşağıdır. Məsələn, bankın fərdi mütərilərinə təklif etdiyi ən yüksək əmanət faizi 10%-ə qədərdir. Hətta bu rəqəm bəzi hallarda 10% belə olmur. Bundan başqa bankın ən aşağı əmanət faizi "Uşaq yığım əmanəti"dir ki, bu da 5%-ə dək hesablanır və yenə də demək olar 5%-i ötmür.

Bir sözlə, banka əmanət yerləşdirmək digər banklarla müqayisədə sərfəli deyil.

QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB

"Rabitə Bank"ın il ərzində qeyri-faiz gəlirləri 4 mln. manata yaxın azalıb. Təbii ki, pullarını kreditə yatıran bank, kredit portfelini 83 mln. manatdan çox artırıb. Yəni bankın BOKT kimi fəaliyyət göstərməsi hesabatına da öz təsirini göstərib.

Cənablar, bir bank bazara aqressiv kreditlə girməməlidir. Əks halda sabah problemli kreditdən əziyyət çəkər. Axı siz BOKT yox, banksınız. Sizi BOKT-lardan fərqləndirən ən azı bir amiliniz olsun.

BANK DEDİKDƏ İNSANLARIN AĞLINA KREDİT GƏLİR

Yarımbaşlığa diqqət edin... Kredit dedikdə ağıllara bank yox, bank dedikdə ağıllara kredit gəlir. Niyə? Çünki, "Rabitə Bank" və bu kimi bəzi banklar yuxarıda qeyd etdiyim kimi aqressiv kreditlə kredit bazarını, insanların banklara olan inamını və s. alt-üst edir. Problemli kreditləriniz olmasın, hörmətli banklar.

Ən sonda isə oxuculardan xahişim odur ki, banklara əmanət yerləşdirərkən və ya kredit götürərkən bankın bazardakı çəkisinə, hesabatına, sədrinə və s. bütün amillərinə diqqət yetirin. "Rabitə bank" əməkdaşları, yazını qara və ya rəngli PR hesab etməyin, bu, həqiqətdir.

P.S. "Azərbaycanın vətəndaşlarına, vətəndaşların isə banklara ehtiyyacı var".
"Rabitə Bank"dan müştərilər niyə pullarını geri çəkir? - BÖHRAN

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər