APA-dan sonra ANS də qayıda bilərmi? - VAHİD MUSTAFAYEV DEYİR Kİ...

fev-15
10:58 2019
Bir müddət əvvəl fəaliyyəti qadağan edilən APA-nın başqa bir adla yenidən qayıdışı ANS telekanalı ilə bağlı da məsələni gündəmə gətirib.

Belə ki, son zamanlar hakimiyyətin daxili siyasətdə yumşalma meyillərini şərh edən ekspertlər istər media, istərsə də insan hüquqlarına münasibətin dəyişəcəyini proqnozlaşdırır.

Artıq bir sıra ictimai xadimlər sosial şəbəkələrdə hakimiyyətin ANS-in fəaliyyətinə qoyduğu qadağanı götürəcəyinə dair ümidlərini ifadə edir.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev Gununsesi.org-a açıqlamasında bildirib ki, telekanalın bərpası məsələsi hər zaman gündəmdə olub: “Biz bu istəyimizdən heç zaman keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsəllər xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.

“ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: “Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansialara qədər getmişik. Bu gün isə qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 yaş böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər