“Süni qiymət artımının qarşısı alınmalıdır” — Əli Məsimli

fev-12
12:32 2019
Azərbaycan prezidentinin minimum əmək haqqının 180 manata qaldırılararaq yaşayış minimumuna uyğunlaşıdırılması barədə verdiyi sərəncam təqdir olunası haldır.
Bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi, iqtisadi islahatlar sosial sahədə həyata keçirilən islahatlarla özünün tam formada tamamlayır:
“Bu islahatlar xalq tərəfindən dəstəklənir. Bu sərəncam bir neçə cəhətdən vacibdir. Bu sərəncam eyni zamanda özəl sektordakı kölgə iqtisadiyyatının aradan qaldırılmasına öz müsbət təsirini göstərəcək”.

Bununla belə deputat onu da bildirib ki, bir sıra işbazlar istifadə edərək süni qiymət artımına nail olmağa çalışacaqlar:
“Novruz bayaramı ərəfisndə süni qiymət artımı gözlənilir. Ölkə başçısının fevralın 8-də imzaladığı sərəncamın aztəmanatlı ailələrin xeyrinə işləməsi üçün Novruz bayramı ərəfəsində və ümumiyyətlə süni qiymət artımının qarşısı alınmalıdır”- Ə.Məsimli deyib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər