Azərbaycanda yol polisi postunda uşaq dünyaya gəldi — VİDEO

fev-11
08:07 2019
Fevralın 10-da saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb.
Avtosfer.az xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub.

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.
Postun ərazisində çəkilən videogörüntünü təqdim edir:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər