Bu gün hava necə olacaq?

fev-11
05:50 2019
Fevralın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək, 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.
Respublikamızın rayonlarına gəlincə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər