“Trampa, Pompeoya, Boltona ölüm!” – Xameneyi ABŞ-a meydan oxudu

fev-09
06:36 2019
Nə qədər ki, ABŞ öz zülmünü və düşmən siyasətini davam etdirəcək, İran xalqı “Amerikaya ölüm” şüarından imtina etməyəcək”

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneyi İran İslam İnqilabının 40 illiyi münasibətilə İran Hərbi Hava Qüvvələri zabitləri önündə çıxışında deyib.

Bəyan edib ki, “Amerikaya ölüm” şüarı ABŞ xalqına yox, siyasi liderlərinə ünvanlanır.

““Amerikaya ölüm” Trampa, Con Boltona və Mayk Pompeoya ölüm deməkdir. Bu şüarla Amerika rəhbərlərinə ölüm arzulanır”, – Xameneyi vurğulayıb.

İranın ali dini lideri, həmçinin qeyd edib ki, İranla nüvə sazişinin avropalı iştirakçıları bu razılaşmanı xilas etməyə çalışsalar da, onlara güvənmək olmaz: “Tövsiyə edirəm ki, amerikalılara olduğu kimi avropalılara da etibar etmək olmaz. Biz demirik ki, onlarla əlaqələrimiz yoxdur, sadəcə bu, inam məsələsidir.”

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər