Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq

fev-08
09:04 2019
Vergilər Nazirliyi sosial şəbəkələrdəki gəlirlərdən vergi ödənilməsini təklif edir.

Abc.az saytı xəbər verir ki, bununla bağlı Vergilər nazirliyinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev açıqlama verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə reklamdan gəlir əldə edən bir çox məşhur insanlar vergi ödəməkdən yayınır.

“Qanunvericiliyə əsasən, bu insanlar da kommersiya fəaliyyəti ilə məşğul olan digərləri kimi, xüsusi ilə də fiziki və hüquqi şəxslər, 18% ƏDV-dən əlavə 10% gəlir vergisi ödəməlidir. Əgər bir şəxs vergi orqanlarında qeydiyyatdan keçməyibsə və sosial şəbəkədə nağdsız şəkildə reklamdan gəlir əldə edirsə, o zaman bank sözügedən əməliyyata görə 18% ƏDV tutur”, – deyə A. Quliyev bildirib.

Onun sözlərinə görə, əgər reklam sifarişçisi xarici vətəndaş və ya şirkətdirsə, onda yerli rezidentlər də Azərbaycan vergilər qanunvericiliyənə əsasən vergi ödəməlidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər