5 yaşlı qızının gözü qarşısında arvadını və 35 günlük körpəsini vəhşicəsinə öldürdü — Daşkəsəndə ailə dəhşəti

fev-06
10:12 2019
Xüsusi amansızlıqla həyat yoldaşını və körpə qızını qətlə yetirən Rafiq Ələkbərov Ali Məhkəməyə müraciət edib.
20 il azadlıqdan məhrum edilən Ələkbərov Rafiq Əliş oğlunun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Hadisə keçən il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən R.Ələkbərov onu özünəməxsus tərzdə cəzalandırmaq qərarına gəlib. Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını R.Ələkbərov K.Məmmədovaya bağışlamayıb və qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb.

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən R.Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb. Bununla ürəyi soyumayıb. Qadını sürüyüb evə gətirib və taxta parçasıyla döyməyə davam edib.Ələkbərov Kamilə ilə birgə onun qucağındakı 35 günlük körpəsini də döyüb. Hər ikisinin öldüyünə əmin olduqdan sonra isə hadisə yerini tərk edərək qaçıb.
Bu dəhşətli mənzərə K.Məmmədovanın birinci nikahdan olan 5 yaşlı qızı Fatimənin gözləri önündə baş verib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşayan R.Ələkbərov rəsmi və qeyri-rəsmi 5 dəfə ailə qurub. Bundan öncə həbsə düşməsinə səbəb də ailə münaqişələri olub. Həyat yoldaşları tez-tez evdə dava salan R.Ələkbərovla bağlı polisə şikayət ediblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər