Azərbaycanda uşaqlı ailələrdə boşanma halları artıb

fev-04
05:28 2019
Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.

Trend-in məlumatına görə, 1990-cı ildə ölkədə 14 040 boşanma halı qeydə alındığı halda, 1995-ci ildə bu rəqəm 2 dəfədən çox azalaraq 5 669-a enib. 2017-ci ildə isə boşananların sayı yenidən 14 514-ə çatıb ki, bu da 1990-2017-ci illər ərzində qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında (2018-ci il üzrə yekun hesabat açıqlanmayıb) qeydə alınmış boşanma hallarının sayı 12 396 təşkil edib.

Ümumilikdə boşananlar arasında uşaqsız ailələr çoxluq təşkil edir. Lakin göstəricilərdən aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb.

1990-cı illə müqayisədə 2017-ci ildə, yəni 27 il ərzində (2018-ci il istisna olmaqla) bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.

1990-cı ildə boşananların 8 853 nəfəri uşağı olmayan, 2 045-i bir uşağı olan, 3 142-i iki və daha çox uşağı olanlar olduğu halda, 2017-ci ildə boşananların 6 444 nəfəri uşağı olmayan, 3 946 nəfəri bir uşağı olan, 4 124 nəfəri iki və daha çox uşağı olan şəxslər olub.

Uşağı olmayan ailələr arasında ən çox boşanma halı 1990-cı ildə, uşaqlı ailələr arasında ən yüksək boşanma göstəricisi isə 2017-ci ildə qeydə alınıb.

2017-ci illdə boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 13 110 olub ki, bu da hər 100 boşanmaya 162 uşağın düşməsi deməkdir.

Ümumilikdə götürdükdə, boşanmalar daha çox şəhər yerlərinin payına düşsə də, kənd yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı artıb, şəhər yerlərində isə əksinə, azalıb.

1990-cı ildə şəhər yerlərində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 3,5 olduğu halda, 2017-ci ildə bu göstərici 1,9-a enib. Kənd yerlərində isə 1990-cı ildə 0,2 olan boşanma göstəricisi 2017-ci ildə 1-ə çatıb.

2017-ci ildə boşanma halları ən çox 30-34 (3 568) 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar (3 803) arasında baş verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə Azərbaycanda ailələrin ən çox xarakter uyğunsuzluğu, sonsuzluq və kənar müdaxilələr səbəbindən dağıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

Komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin o, belə hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də boşanmaların artmasında sosial şəbəkələrin də xüsusi rol oynadığı qənaətindədir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər