Ərdoğanın Azərbaycan ümidi puç oldu: Türkiyə Rusiya asılılığında

okt-13
14:50 2015
Ərdoğanın Azərbaycan ümidi puç oldu: Türkiyə Rusiya asılılığında

















“Türkiyə Rusiya qazından imtina edərsə, Azərbaycan Türkiyəyə qaz sata bilməyəcək”

ANS PRESS-in məlumatına görə, bunu Energetika Nazirinin müavini Natiq Abbasov Rusiya mətbuatına bildirib. O, ixrac etmək üçün əlavə qazın olmadığını deyib. Belə ki, Azərbaycan rəsmisi yaxın 25 il ərzində Azərbaycan ixrac edə biləcəyi qazın həcmini satdığını deyib. “Bizim çıxaracağımız qaz ehtiyatı artıq 2040-cı ilədək tamamilə satılıb. Əgər bizim əlavə qazımız qalsaydı, onu özümüzə götürərdik”, – deyə Natiq Abbasov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı bu ölkədən qaz idxalını dayandıracağı ilə hədələyib. O, bunu Suriyadakı vəziyyətlə və Rusiya qırıcılarının Türkiyənin hava sərhədini pozması ilə əlaqələndirib. “Bu gün Türkiyə Rusiya qazının 1 nömrəli alıcısıdır. Bu müqavilənin pozulması Rusiyadan enerji mənbələrinin ixracına ağır zərbə olacaq”, – deyə Ərdoğan öz bəyanatında bildirib.
Lakin Türkiyə prezidentinin bəyanatından qısa müddət sonra ölkənin baş naziri Numan Kurtulmuş bildirib ki, rəsmi Ankara Suriyadakı siyasi maraqlara görə Rusiya ilə münasibətlərini təhlükəyə atmayacaq.
Rusiyalı rəsmilər də ümid etdiklərini bildiriblər ki, türkiyəli tərəfdaşlar “Türk axını” da daxil olmaqla, enerji sahəsində əldə edilmiş razılıqlara əməl edəcəklər. Xatırladaq ki, Türkiyə ilə Rusiyanın Suriya maraqları ziddiyyətlidir. Rusiya Bəşər Əsəd hakimiyyətini dəstəklədiyi halda, Türkiyə onun hakimiyyətdən getməli olduğunu düşünür.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər