“Facebook” və “Twitter” İranla bağlı hesabları bağlayır

fev-01
08:26 2019
Facebook” və “Twitter” şirkətləri İran hakimiyyətinin xeyrinə gizli şəkildə təbliğat kampaniyası aparan hesabları bağlayır.

Oxu.Az xəbər verir ki, “Twitter”in bəyanatına əsasən, onların sosial şəbəkəsindən “qara siyahıya” düşmüş təxminən altı min hesab bağlanıb.

İddia olunur ki, həmin hesablarla 2018-ci ilin noyabr ayında ABŞ Konqresinin seçkilərinə təsir göstərmək cəhdləri qeydə alınıb.

Dezinformasiya yayan səhifələrin çoxunun ABŞ daxilində yaradıldığı, habelə bəzi mənbələrin İran, Venesuela və Rusiyada yerləşdiyi bildirilir.

“Facebook”un kibertəhlükəsizlik məsələləri üzrə rəhbəri Nataniel Qleyçer İran hakimiyyətinin maraqlarını təşviq edən 780 hesab, səhifə və qrupun ləğv olunduğunu bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər