Qaşıqçı ilə bağlı şok məlumat: Daha bir İsrail izi…

yan-28
05:52 2019
İsrailin qətlə yetirilən jurnalist Camal Qaşıqçını izləməsi üçün Səudiyyə Ərəbistanına satdığı proqram təminatını üzə çıxaran kiber mütəxəssislər gizli agentlərin hədəfi olub.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının İsrailin “NSO Grup” şirkətindən aldığı “Peqasus” adlı proqram texnologiyasını aşkarlayan Toronto Universitetinin “Citizen Lab” qurumunun işçiləri ötən 2 ay ərzində saxta şirkətlərin agentləri tərəfindən sorğu-suala məruz qaldıqlarını bildirib.

Araşdırmalardan sonra mütəxəssislərlə ünsiyyət quran şəxslərin saxta şirkətlərin əməkdaşları olduğu üzə çıxıb.

Qeyd edək ki, “Citizen Lab” Kanadada yaşayan səudiyyəli aktivist Ömər Əbdüləzizin telefonunda apardığı araşdırma nəticəsində onun Ər-Riyadın İsrail istehsalı olan proqram təminatı vasitəsilə C.Qaşıqçı ilə əlaqə yaratdığını üzə çıxarmışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər