Ağsu günü-gündən gözəlləşir

okt-12
21:51 2015
Ağsu günü-gündən gözəlləşir















Bu gün Ağsu rayonunun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır

Ölkəmizin digər bölgələrində olduğu kimi, Ağsu rayonu da əsl inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür. Bu proses ümumilikdə Ağsunun inkişafına mühüm elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Son illərdə dövlət başçısının bu regiona etdiyi səfərlər bu bölgənin də taleyində mühüm rol oynayıb, rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib. Prezident İlham Əliyevin sərhəd bölgələrimizin inkişafına xüsusi diqqətlə yanaşması təsadüfi deyil. Çünki dövlət başçısının özünün də dəfələrlə qeyd etdiyi kimi, hər şey sərhəddən başlayır.
Bunun üçün xammal istehsalı və emal sahələrinin əlaqəli işləməsinə, rəqabət qabiliyyətli məhsul istehsalına, yeni müəssisələrin yaradılmasına diqqət artırılmalıdır. Digər bölgələrdə olduğu kimi bu gün Ağsu rayonu üzrə də ən müxtəlif sahələrin inkişaf etdirilməsi dinamik formada həyata keçirilir. Həmin sahələr sırasında sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat, rabitə xidmətlərinin yaxşılaşdırılması, elektrik enerjisi, istilik və qaz təchizatı, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması, əhalinin təhlükəsizliyi tədbirlərini qeyd etmək olar. Bununla yanaşı, Dövlət Proqramına əsasən, rayon üzrə taxılçılıq, üzümçülük, heyvandarlıq və meyvə-tərəvəz məhsullarının istehsalının və emalının genişləndirilməsinin dəstəklənməsi, rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyatı işlərinin aparılması, rayon mərkəzi ilə kəndləri birləşdirən və kəndlərarası avtomobil yollarının asfaltlaşdırılması, şəhərdaxili yolların asfaltlaşdırılması, rayonun yaşayış məntəqələrində yolların işıqlandırılması, istehlakçıların etibarlı elektrik təchizatı üçün rayonun elektrik şəbəkəsində yenidənqurma işlərinin aparılması, Ağsu şəhərində səhiyyə və təhsil müəssisələrinin istilik təchizatı sisteminin bərpası, rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması, Ağsu şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Ağsu rayonunda davamlı surətdə yeni iş yerləri açılır.Ağsu rayon İcra Hakimiyyətinin əməkdaşları bundan sonra da həm Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin, həm də cari tapşırıqların həyata keçirilməsində səylə çalışır, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlara bütün ağsululara birgə öz töhfələrini verəcəklər.
Cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi və bununla əlaqədar görülən işlər dövlətimizin aqrar sektorun sürətli və dinamik inkişafına verdiyi dəstəyin təzahürüdür. Azərbaycanın aqrar bölgələrindən olan Ağsu rayonunda da bu sahəyə göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Əlbəttə, kənd təsərrüfatının intensiv inkişafı potensial ehtiyatlardan maksimum səmərəli istifadəni tələb edir. Bu, torpaqlardan təyinatı üzrə istifadə olunması, meliorativ tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi, yüksək məhsuldar toxumlardan istifadə ilə yanaşı, həm də aqrar sektorun müasir kənd təsərrüfatı texnikası ilə normal təminatını da ön plana çıxarır.
Bu gün rayonda “Aqrolizinq” ASC-nin 2011-ci ildən fəaliyyət göstərən “Ağsu aqrotexservis” filialı fermerlərin yaxın köməkçisinə çevrilib. Son illər filialın maddi-texniki imkanları xeyli genişləndirilib. İnişil rayonda filial üçün böyük baza tikilib. Burada onlarla texnikanın saxlanılması, mühafizəsi, lazımi texniki qulluq göstərilməsi üçün hər cür şərait yaradılıb.
Hərtərəfli dövlət qayğısı “Ağsu aqrotexservis”in texniki imkanlarının artmasına, ildən-ilə yeni, müasir texnika ilə təminatının yaxşılaşmasına imkan verir.
Müasir texnikadan düzgün və səmərəli istifadə üçün kadrların hazırlığı da diqqət mərkəzindədir.

Heç şübhə yoxdur ki, ağsulular bundan sonra da ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə dövlətimizin genişmiqyaslı iqtisadi strategiyasının həyata keçirilməsinə öz töfhələrini verəcəklər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər