16:27 12.10.2015 384

Ağcabədidə məmur harınlığı: icra başçısı bir kəndlə düşmənçilik edir – VİDEO

Ağcabədidə məmur harınlığı: icra başçısı bir kəndlə düşmənçilik edir – VİDEO












Bir müddət öncə Ağcabədi rayonunda məmur özbaşnalığı, bürokratik əngəllər haqqında az da olsa bilgi vermişdik

Ağcabədi rayonunun Afşar kəndində bitib tükənməyən problemlər haqqında yazmaqla yanaşı, problemlərin başında bir başa icra başçısı Şahin Məmmədovun dayandığını qeyd etmişdik. Bu məsələ bizdə xeyli maraq oyatdı. Əcaba bir rayonun icra başçısı nədən bir kənd ilə ədavət apara, münasibətlərin düşmənçilik səviyyəsinə qaldırılmasında maraqlı olmalıdır?

Əvvəla onu deyək ki, Afşar camaatı zəhmətkeş və haqqı deməkdən çəkinməyən bir camaatdır. Afşarlılar haqqında ziyalılar qeyd edirlər ki, Ağcabədidə bu camaat məğrur və qorxmazlıqda digər kənd və qəsəbələrdən kəskin dərəcədə fərqlənir. Afşarlılar heç kimin haqqına girməz, heç kəsin çörəyinə dəyməyən bir camaatdır. Burada başqa bir məsələ ondan ibarətdir ki, Afşarlılar tarixi kökünə sadiq olan, adət-ənənələrinə hörmətlə yanaşıb onu yaşadan bir camaatdır. Afşarlılar haqqında söyləyirlər ki, onlar heç kimin haqqına girmədiyi kimi kimsənin də onların haqqını tapdalamasına dözməyəcək dərəcədə, döyüşkən, mübariz bir camaatdır. Yəqin elə bu keyfiyyətlərinə görə icra başçısı Şahin Məmmədov bu camaat ilə düşmənçilik aparır. Afşarlılar bildirir ki Şahin Məmmədov Ağcabədiyə icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra saysız-hesabsız sayda Afşar camaatını aldadıb. İcra başçısı dəfələrlə camaata söz verib ki, yolunuzu təmir elətdirəcəyəm, kəndə həm içməli, həm də suvarma üçün su çəkdirəcəyəm. Ancaq uzun illərdir ki, bu elə söz olaraq da qalıb. Sonralar Afşarlıların ondan verdiyi sözlərə əməl etməsi tələbi ilə üz-üzə qalanda, Şahin Məmmədov qabaqlayıcı tədbir kimi şərə, şantaja əl atmağa başlayıb. Afşarlılar Şahin Məmmədovun qanunsuz əməllərindən dövlətin daha mötəbər instansiyalarına şikayət məktubları yazdıqları üçün Şahin Məmmədov Afşarı demək olar ki, rayondan təcrid vəziyyətə salmış və kənddə hər hansı layihənin reallaşması üçün konkret olaraq qadağalar tətbiq etmişdir. Ancaq aparılan araşdırmalar bunu deməyə əsas verir ki, Ağcabədidəki aidiyyatı qurumlar, məsələn rayon suvarma sistemləri idarəsi Afşara suvarma və içməli su adı altında dəfələrlə külli miqdarda dövlət vəsaitlərini mənimsəmişdir. Bunlar bu hərəkətləri ilə sanki Afşarlılara göz dağı verməyə çalışırlar. Ötən yazımızda da adını çədiyimiz Rayon suvarma idarəsinin müdiri Əli Əliyev sözün əsl mənasında oliqarxa çevrilmiş və mənimsədiyi pullar ilə həm özünə, həm də doğmaları və qohum-əqrabaları üçün Ağcabədidə, respublikanın ayrı-ayrı yerlərində komfortlu həyat şəraiti yaratmışdır. Hazırda Əli Əliyevin milyonlara dəyəri olan daşınmaz əmlakı və nağd pulunun olduğu qeyd edilir. Ağcabədi rayonunda mühüm vəzifə daşıyan bir məmurun bildirdiyinə görə Əli Əliyev dövlət büdcəsindən mənimsədiyi pulları nazir Əhməd Əhmədzadə və icra başçısı Şahin Məmmədovla bölüşdürür. Şahin Məmmədovun daha zəngin icra başçısı olduğu diqqətimizə çatdırıldı. Bu adam haqqında danışılır ki, açıqca bizneslə məşğul olur. Ağcabədi rayonundakı mötəbər mənbəmiz qeyd edir ki, icra başçısı Şahin Məmmədovun Almaniyanın Münhen, Köln, Türkiyənin Beşiktaş, İstanbul, Antaliya, Dubayda, Gürcustanın Batumi, Daşkəsəndə, Bakıda Patandartda, Ağcabədidə və sair yerlərdə dəyəri milyonlarla ölçülən villa və sair daşınmaz əmlakları var. Şahin Məmmədovun doğma kəndi olan Qiyamadınlı kəndindən qohum-əqrabaları olan ən azı 50-yə yaxın şəxsin adı rayon su və molorasiya, suvarma sistemləri idarəsi və rayon subartezan idarələrində sənədləşdirilib. Onlar işə gəlmədən hər ay əmək haqqı alırlar. Suvarma sistemləri idarəsinin rəisi Əli Əliyev ən azı 9 ildir ki, Rusiyada yaşayan adamların adına əmək haqqı yazıb mənimsəyir. Əli Əliyev haqqında əlimizdə xeyli sübut dəlillər var. Biz onları yaxın günlərdə daha geniş şəkildə sizlərin ixtiyarına verəcəyik.
Afşar camaatı qeyd edir ki, Şahin Məmmədov onunla barışmayan, haqqını tələb etmək məqsədi ilə dirəniş göstərən adamları şərlədib ya sutkalıq cəzalar verdirir, ya da ki, xeyli miqdarda cərimələtdirir. Rayonda hüquq deyilən bir şey yoxdur. Hüquq mühafizə orqanları Şahin Məmmədovun bir nömrəli müdafiəçisinə çevrilməklə yanaşı xırtdəyinə kimi korrupsiyaya bulaşıblar. Rayon polis şöbəsi, prokurorluğu, məhkəməsi pula görə qanunları hər an ayaqlamağa hazır durumdadırlar. Təki pul olsun. Ağcabədidnin həm icra başçısı, həm məhkəmə hakimi, həm prokuroru, həm də polis rəisi Şahin Məmmədovdur. Rayonda çox məsuliyyətli bir orqanın rəhbərliyində çalışan mənbə qeyd edir ki, Şahin Məmmədovun yuxarıda adamı Zeynal Nağdəliyev və nazir Kəmaləddin Heydərovdur. Mənbə qeyd edir ki, Şahin Məmmədovun əmisi qızı Sevda Şirinova hazırda fövqəladə hallar nazirliyində kadrlar idarəsinin rəisidir və general rütbəsini daşıyır. Əmi qızının vaxtı ilə dövlət kömrük komitəsində də eyni şöbənin rəisi olduğu qeyd edilir. Nazir Kəmaləddin Heydərov digər posta nazir gedərkən, əmi qızını da aparmağı unutmayıb. Mənbə qeyd edir ki, Şahin Məmmədovun bir qardaşı Beyləqan rayonunda polis rəisinin müavinidir. Oğlu və qudası nəqliyyat nazirliyində işləyirlər. Mənbə qeyd edir ki, Şahin Məmmədovun qudası kürəkəni ilə, yəni Şahin Məmmədovun oğlu ilə birlikdə Bərdə şəhərində böyük ticarət obyektləri var. Hansı ki, bu obyektlərin aylıq gəliri 1-2 milyon dəyərində ölçülür. Mənbəmiz qeyd edir ki, hazırda məhkəməsi gedən pressinform qəzetinin baş redaktoru İlqar Şirinovu, (İlqar Afşarı)məhz Şahin Məmmədovun göstərişi ilə şərləyiblər. Çünki İlqar Şirinov Ağcabədi sakinlərinin müraciətlərini, rayondakı məmur özbaşnalıqlarını şikayətçilərin müraciətinə əsasən dövrü mətbuatda işıqlandırırdı. Bunu həzm edə bilməyən Şahin Məmmədov bu yola, onu şərləmək yoluna əl atdı. Hazırda müəyyən fasilələrlə məhkəmə prosesi davam edir. . .(cumhuriyyət.az)

Ardı var. Bizi izləməyi unutmayın.

Redaksiyadan:Yazıda adları keçən bütün şəxslərin fikirlərini dinləməyə və dərc etməyə hazırıq.

Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri

15:32

İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu

15:01

Bakıda 22 yaşlı idmançı idman zalında öldürüldü - TƏFƏRRÜAT - FOTO

14:16

Dronlar Qarabağda elektrik qəzalarını müəyyən edəcək - VİDEO

13:20

DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

13:14

Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

13:09

Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO

13:00

İranda 4 nəfər edam olundu

12:05

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundu

11:59

Əmək pensiyası təyin olunanlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

11:54

Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi

11:14

Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR

11:02

Çavuşoğlu Anar Kərimov ilə görüşüb

10:58

ÜST-dən COVİD-19-la bağlı AÇIQLAMA - Son 7 həftədə ilk dəfə

10:53

Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

10:41

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

10:25

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – VİDEO

09:53

Səfir: İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - MÜSAHİBƏ

09:48

Bu il Həcc ziyarəti üçün şərtlər AÇIQLANDI

09:42

“Füzuli Airport” MMC fəaliyyətə başlayacaq

09:36

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

09:16

Finlandiyada fövqəladə vəziyyət elan olundu

09:12

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - REYTİNQ

09:07

Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi

09:03

Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

08:56

Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

16:00

Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI

15:32

“Caliber”: Kadr çatışmazlığı ilə üzləşən Paşinyandan qeyri-adi “çıxış yolu” - FOTO

15:00

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

14:00

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı - FOTO

13:39

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

13:05

“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib - FOTO

12:24

İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

12:19

DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir