16:14 12.10.2015 617

Binəqədidə vətəndaşa racon kəsən məmurlar: Novxanı-Coradil bağ massivində qoçuluq

Binəqədidə vətəndaşa racon kəsən məmurlar: Novxanı-Coradil bağ massivində qoçuluq

















Redaksiyamıza Binəqədi Rayon İcra Hakimiyyətinin Novxanı-Coradil bağ massivi üzrə yetkililəri olan şəxslərlə bağlı maraqlı informasiya daxil olub

Mənbənin redaksiyamıza ötürdüyü məlumata görə, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən icra nümayəndələri sözün həqiqi mənasında vətəndaşlara racon kəsməkdədir. Məlumatda deyilir: “BRİH-nin Elçin adlı nümayəndəsi və sözügedən qurumun rəsmi nümayəndəsi olmasa da, özünü bu qurumun əməkdaşı kimi təqdim edən Rəşad adlı şəxs vətəndaşlara divan tutur. Belə ki, bağ massivini, eləcə də dənizkənarı obyektləri dolaşan məlum ikili hər obyektə görə vətəndaşlardan konkret məbləğdə vəsait tələb edirlər. Vətəndaşların əlində bələdiyyədən və Dövlət Əmlak Komitəsindən lazımi sənədlərin olmasına baxmayaraq, onları müxtəlif bəhanələrlə sıxışdıran icra nümayəndələri vəzifə səlahiyyətlərindən istifadə edərək onların qanunsuz tələblərini təmin etməyən şəxslərə qarşı qanunun gücündən istifadə edir, obyektlərini sökür, tikililərini dağıdırlar. Sənədlərindən cüzi çatışmazlıq olan şəxslər isə daha böyük haqsızlıq və iddialarla qarşılaşır. Məhz bu səbəbdən də vətəndaşların bəzisi öz obyektlərini xilas etmək üçün tələb olunan pulu verməklə canlarını qurtarsa da, maddi baxımdan zəif təmin olunan ailələr icra yetkililərinin qanunsuz tələbini qarşılaya bilmir. Belə olanda isə icra nümayəndələri özünəməxsus bacarıqla vəziyyətdən “çıxış yolunu” göstərir və maraqlı təkliflə çıxış edirlər”.
Sözügedən ərazidəki olaylardan məlumatlı olan mənbənin redaksiyamıza bildirdiyinə görə, vətəndaş lazımi maddi vəsaitə malik olmadığını vurğuladıqda Elçin-Rəşad cütlüyü onlardan pul əvəzinə torpaq sahəsi də verə biləcəklərini vurğulayır: “Maddi baxımdan tələb olunan pulu vermək iqtdiarında olmayan vətəndaşlara bildirilir ki, pulu “başqa şeylə” də əvəzləmək olar. Pulu alternativ kimi təklif olunan “başqa şey” isə adətən torpaq olur. Belə ki, icra yetkililəri bildirir ki, əgər pul vermək iqtidarında deyilsənsə, o zaman sahib olduğun torpaq sahəsinin bir hissəsini bizə ver.
Beləliklə də, pulsuz vətəndaşdan alınan torpaq qısa zamanda satışa qoyulur və pul olaraq icra yetkililərinin cibinə axır. Artıq uzun müddətdir ki, davam edən bu vəziyyət vətəndaşlar arasında ciddi narazılığa səbəb olmaqdadır. Bağ massivində məskunlaşan vətəndaşlar hesab edir ki, əlaqədar qurumlar, ilk növbədə BRİH-nin başçısı Elçin-Rəşad cütlüyünün fəaliyyətini təftiş etməli, onlarla bağlı narazılıqları araşdırmalı, bu rüsvayçılığa son qoymalıdır.

P. S. Gələn yazımızda sizi icra nümayəndələrinin digər əməlləri ilə tanış edəcək, onların hansı vəzifə sahibləri ilə qohum olduqlarına, onların adından necə istifadə etdiklərinə aydınlıq gətirəcəyik. Onu da qeyd edək ki, saytımız başda Elçin-Rəşad cütlüuü olmaqla bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırdır.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri

15:32

İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu

15:01

Bakıda 22 yaşlı idmançı idman zalında öldürüldü - TƏFƏRRÜAT - FOTO

14:16

Dronlar Qarabağda elektrik qəzalarını müəyyən edəcək - VİDEO

13:20

DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

13:14

Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

13:09

Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO

13:00

İranda 4 nəfər edam olundu

12:05

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundu

11:59

Əmək pensiyası təyin olunanlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

11:54

Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi

11:14

Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR

11:02

Çavuşoğlu Anar Kərimov ilə görüşüb

10:58

ÜST-dən COVİD-19-la bağlı AÇIQLAMA - Son 7 həftədə ilk dəfə

10:53

Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

10:41

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

10:25

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – VİDEO

09:53

Səfir: İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - MÜSAHİBƏ

09:48

Bu il Həcc ziyarəti üçün şərtlər AÇIQLANDI

09:42

“Füzuli Airport” MMC fəaliyyətə başlayacaq

09:36

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

09:16

Finlandiyada fövqəladə vəziyyət elan olundu

09:12

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - REYTİNQ

09:07

Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi

09:03

Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

08:56

Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

16:00

Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI

15:32

“Caliber”: Kadr çatışmazlığı ilə üzləşən Paşinyandan qeyri-adi “çıxış yolu” - FOTO

15:00

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

14:00

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı - FOTO

13:39

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

13:05

“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib - FOTO

12:24

İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

12:19

DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir