Rəqsanənin qızı: Bədənim bərkdir, hər şey təbiidir, bircə...- FOTO

okt-12
12:32 2015
Rəqsanənin qızı: Bədənim bərkdir, hər şey təbiidir, bircə...- FOTO
























“Doğma atam dedi ki, mənim sən adlı qızım yoxdur”

Xeberci.info lent.az-a istinadla müğənni Rəqsanənin qızı, modelyer Aysun İsmayılovanın müsahibəsini ixtisarla təqdim edir:

- İdmanın həyatında rolu?

- Məşqə başlayandan hiss edirəm ki, bədənim bərkiyib. Əzələ yığmışam, indi kişi-kişi danışa bilirəm. İdman etdiyim gün qarşıma vacib bir iş çıxsa, getmərəm. Bir saat da olsa idmanımı etməliyəm. Məni formada saxlayan məşq etməyimdir.

-Bir müddət öncə Rəqsanə açıqlama vermişdi ki, qızım nişanlanır. Toy nə zamandır?

- Şəxsi həyatım barədə danışmağı xoşlamıram. Ona görə də son dəfə açıqlama verirəm ki, bu mövzu bağlansın. Nişanım olmalı idi, olmadı. Oturduq ana-bala fikirləşdik, dedik ki, bu iş alınmasa yaxşıdır. Bu məsələni bağlayaq. Hələlik ailə qurmaq barəsində düşünmürəm. Hazırda sevginin nə olduğunu anamda, bacımda hiss edirəm.

- Yəqin elçi düşənlər çox olar?

- Hə, çoxdur. Amma mən sevgiyə inanmıram. Ailə qurmaq yox, şəxsi karyeramı qurmaq istəyirəm.

- Plastik əməliyyat keçirdiyin də deyilir...

- Yox, heç vaxt əməliyyat etmərəm. Belə bir deyim də var ki, heç vaxt, heç vaxt demə. Amma Allahın mənə verdiyi ilə razılaşıram. Mənim anam da plastik əməliyyat keçirib. Ehtiyac varsa, olmalıdır. Ona görə də pis baxmıram. Mənə deyirlər ki, burnunu əməliyyat elə. Amma Allahın mənə bəxş etdiyi burnu niyə dəyişim ki? Hətta sosial şəbəkədə bir çoxları yazır ki, dodağına gel vurmusan. Amma bu mənim təbii dodaqlarımdır. Makiyajla dodağı böyütmək olur. Yəni makiyajla dodağımı böyüdürəm. Bilsəm ki, üzüm qırışdır, heç üzümü botoks da etdirmərəm. Başdan ayağa təbiiyəm. Dırnaqla, saçdan başqa.

- Sosial şəbəkədə sənə və Rəqsanəyə söyüş yazanlar da olur.

- Hə, yazırlar, cavablarını da alırlar. Bloka atıram. Bir dəfə çox əsəbiləşmişdim. Ailəm haqqında çox artıq sözlər yazırdılar. Mənim ailəmlə nə işiniz var? Artıq sosial şəbəkədə bildiriş də paylaşmışam. Kim mənim anamın, bacımın, nənəmin haqqında nəsə pis rəy yazsa, məhkəməyə verəcəm. Heç kimin ixtiyarı yoxdur ki, bizi söysün, təhqir etsin.

- Rəqsanə müsahibəsində söylədi ki, qızlarımın soyadını dəyişmişəm. Onlar yeni həyat yoldaşımın soyadını daşıyır. Bəlkə yeni soyadını açıqlayardın?

- Hələ açıqlaya bilmərik. Müəyyən səbəblərə görə, yeni soyadımızı mətbuatdan gizlədirik. Hələ açıqlamağın vaxtı deyil.

- Bunu açıqlamağa anan icazə vermir yoxsa?

- Ailəmizin qərarıdır. Atam, anam və mən söhbətləşdik, qərara gəldik ki, hələ açıqlamayaq.

- Ata demişkən, bir zamanlar doğma atanı axtarırdın. Amma o sənlə görüşmək istəmədi. Ananın yeni həyat yoldaşında atalıq hissini duyursan?

- Doğma atamı dəfələrlə axtarmışam. Anamdan gizlin atamı axtardım, tapdım, amma mənimlə görüşmək istəmədi. Dedi ki, mənim sən adlı qızım yoxdur. Sən mənim ailəmi dağıtmaq istəyirsən. Barışmaq istəyirsən ki, ailəmi dağıdasan. Bu sözlərdən sonra etiraf edirəm ki, indi desələr ki, atan gəlib, səni görmək istəyir, razı olmaram. Ömür boyu doğma atamı bağışlamayacam. Mənə atalıq edən insan anamın indiki həyat yoldaşıdır. Anam indiki həyat yoldaşı ilə ailə qurandan sonra, atanın nə olduğunu anladım. Mən indi ona ata deyirəm. Mən də çox istəyərdim ki, doğma atamdan atalıq görüm. Amma olmadı. Bundan sonra barışmağımız da mümkün deyil. Səmimi deyirəm, taleyimi dəyişmək imkanım olsa, doğma atamın yox, anamın indiki həyat yoldaşının doğma qızı olmaq istəyərdim. Başqa heç bir şeyi dəyişmək istəməzdim. Allaha şükür, həyatımda hər şey əladır.

Rəqsanənin qızı: Bədənim bərkdir, hər şey təbiidir, bircə...- FOTO
Rəqsanənin qızı: Bədənim bərkdir, hər şey təbiidir, bircə...- FOTO
Rəqsanənin qızı: Bədənim bərkdir, hər şey təbiidir, bircə...- FOTO
Rəqsanənin qızı: Bədənim bərkdir, hər şey təbiidir, bircə...- FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər