Nəsiminin Suriyadakı məzarından – Yeni FOTOLAR

yan-20
08:53 2019
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda 2019-cu ili “Nəsimi ili” elan edib.

Dahi şair İmadəddin Nəsimi ilə bağlı çoxlu araşdırmalar aparılıb, lakin bəzi məqamlar hələ də tədqiqat obyekti olaraq qalır.

Ədəbiyyatçılar, tarixçilər deyir ki, “Nəsimi ili”ndə Nəsiminin əsərləri ilə bağlı yeni araşdırmalar aparılacaq.

Bununla paralel olaraq, Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilib-gətirilməyəcəyi haqda da müzakirələr gedir.

Bu məsələ, sual altındadır, lakin böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olmasının özü maraqlıdır.

Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Bəzi iddialara görə, Nəsimin məzarı dağıdılıb.

Lakin əldə etdiyimiz fotolardan görünür ki, məzar zədə alsa da, dağıdılmayıb.

Modern.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsimin məzarından ən son görüntüləri əldə edib.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb.

1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» adlı məqaləsində böyük şairdən bəhs edib.

Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır.

Nəsiminin Hələb şəhərindəki “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotolarını təqdim edirik:

Nəsiminin Suriyadakı məzarından – Yeni FOTOLARNəsiminin Suriyadakı məzarından – Yeni FOTOLARNəsiminin Suriyadakı məzarından – Yeni FOTOLARNəsiminin Suriyadakı məzarından – Yeni FOTOLAR

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər