YPX Postunda saxlanılan maşından 17 kq narkotik tapıldı — FOTO

yan-18
11:06 2019
Qaradağ rayonunda 17 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Belə ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
YPX Postunda saxlanılan maşından 17 kq narkotik tapıldı — FOTO
YPX Postunda saxlanılan maşından 17 kq narkotik tapıldı — FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər