Rayon təhsil şöbələri ləğv edilib? — Nazirlikdən açıqlama

yan-17
11:36 2019
Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər.

"Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur", - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalıdır. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılmasına göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.

Bu müddətdə Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər