1055 nəfərin əlillik təyinatı ləğv edilib

yan-17
09:31 2019
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin may ayından etibarən Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalar zamanı 1055 nəfərə əsassız əlillik dərəcəsinin verildiyi aşkarlanıb və bu təyinatlar dərhal ləğv edilib”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Şöbə müdirinin sözlərinə görə, həmin əlillik təyinatları ilə bağlı verilən pensiya, müavinət və təqaüd ödənişləri də dayandırılıb:

“Ödənilmiş vəsaitin bərpası üzrə tədbirlər görülüb. Əsassız təyinatların ləğv edilməsi ilə 3 milyon manat büdcə vəsaitinə qənaət olunub”.

Nazirlik rəsmisi bildirib ki, ümumən əlilliyin qiymətləndirilməsi prosesinə ciddi nəzarətin tətbiqi, bu sahədə şəffaflığın təmin olunması üçün görülən tədbirlər 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatının 61%, o cümlədən I qrup əlillik təyinatlarının 56% azalması ilə nəticələnib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər