ABŞ-da müəlliməni şagirdləri ilə cinsi əlaqəyə görə mühakimə etdilər

okt-10
16:01 2015
ABŞ-da müəlliməni şagirdləri ilə cinsi əlaqəyə görə mühakimə etdilər
























Müəllimə həmçinin seksual zorakılıqda da təqsirkar bilinib

ABŞ-da məktəb müəlliməsini şagirdləri ilə seksə görə on il müddətinə azadlıqdan məhrum ediblər.

Bu barədə BBC məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, Texas ştatının Frankston şəhərində işləyən 25 yaşlı Reyçel Bauer öz şagirdlərinə intim şəkillərini göndərirmiş. Bundan başqa hökmə müvafiq olaraq Bauer şagirdlərdən biri ilə cinsi əlaqəyə də girib.

Müəllimə həmçinin seksual zorakılıqda da təqsirkar bilinib və şərti olaraq on il müddətinə azadlıqdan məhrum edilib, cəzanın bu hissəsini Bauer həbsxanadan çıxdıqdan sonra çəkəcək. Bauerin özü günahını etiraf edib, 14,16 və 17 yaşlı üç şagirdi ilə cinsi əlaqəyə girdiyini bildirib.

İyulun əvvəlində digər amerikalı müəlliməyə qarşı çıxarılan hökm rezonans doğurmuşdu. 30 yaşlı Cenifer Fixter şagirdləri ilə seksə görə 22 il həbs cəzası almışdı.

Fixter şagirdlərin birinin anasının oğlunun telefonunda müəllimənin sevgi məktubunu gördükdən sonra həbs edilmişdi.

Bu, azyaşlıların seksə sövq edilməsində müəllimlərin ittiham edilməsi ilk dəfə deyildi. Belə ki, 2005-ci ildə Floridadan Debra Lafav 14 yaşlı oğlanı yoldan çıxardığına görə, ona cəza olaraq üç il ev həbsi və yeddi il sınaq müddəti verilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər