MTRŞ bir neçə kabel şəbəkəsi yayımçısını məhkəməyə verib

yan-15
06:35 2019
Ötən il bir neçə kabel şəbəkəsi yayımçısı tərəfindən kütləvi nümayişi (retranslyasiyası) həyata keçirilən teleradio kanallarının yayımlanmasına dair mülkiyyətçilərin razılığının olmadığı müəyyən edilib. Bu barədə Minval.info-ya Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 383.2-ci maddəsinə əsasən – teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə – “Metronet” MMC, “Uninet” MMC və “Enginet” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəmələrinə göndərilib.

Məhkəmələr tərəfindən qeyd olunan pozuntuya görə adları çəkilən kabel şəbəkəsi yayımçılarının hər biri barədə 3000 (üç min) manat cərimə cəzası tətbiq edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər