Azərbaycanda vəzifəli şəxs dünyasını dəyişdi – Foto

yan-12
11:42 2019
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin kafedra müdiri və universitetin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev rəhmətə gedib.

Publika.az xəbər verir ki, V.Əfəndiyev coğrafiya fakültəsinin kafedra müdiri də olub.

V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. V.Ə.Əfəndiyev “Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda namizədlik, 2004-ci ildə isə “Sosial-iqtisadi və siyasi coğrafiya” ixtisası üzrə “Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri” mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur. Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabivə axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.
Azərbaycanda vəzifəli şəxs dünyasını dəyişdi – Foto

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər