13:29 6.10.2015 359

Bakının “kazino kralları” kimlərdir? – ADLAR

Bakının “kazino kralları” kimlərdir? – ADLAR

















Milyonların dövr etdiyi qumar biznesi haqda şok iddialar; “Qara Vəzir”, “Qobulu Naib”, “Yeraz Ramil” və Mətləb adlı şəxslər hansı vəzifəlilərin himayəsinə arxalanırlar?

Ölkəmizdə qumarxana və kazinoların fəaliyyətinə rəsmən qadağa qoyulsa da, bir çoxları bunu şəxsi evlərə və ya gizli ofislərə daşımaqla böyük qazanc əldə etməyə davam edirlər. Bu barədə dünənki sayımızda müfəssəl məlumat vermişdik. İnsaf naminə qeyd etmək lazımdır ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları vaxtaşırı əməliyyatlar keçirib qumarxanaların fəaliyyətinə xitam verirlər.
Amma ortada böyük pullar dövr etdiyi üçün bəzi işbazlar bu əməllərindən əl çəkmir və əfsus ki, bəzi hallarda hüquq-mühafizə orqanlarında çalışan şəxslərin himayəsi altında fəaliyyətlərini davam etdirirlər. Hər halda, qumarxana işlədən şəxslərin özləri belə deyirlər. Bildirirlər ki, bizə filan-filan şəxslər “krışa”lıq edir və işimizi görürük. Qeyd edək ki, qumar həvəsi təkcə sadə adamları deyil, biznesmenləri, hətta bəzi məmurları da özünə cəlb edir. Bəzi məmurlar bu həvəslərini öldürmək məqsədilə qonşu Gürcüstanın paytaxtı Tiflisə, yaxud Batumiyə üz tuturlar. Bir neçə dəfə bəzi icra başçılarının Gürcüstündakı kazinolarda külli miqdarda pul uduzması haqda şayiələr də yayılıb. Bununla belə, son dövrlər Bakıda gizli qumarxana və kazinoların sayı çoxalıb. Yəni artıq Gürcüstana getməyə ehtiyac qalmayıb. Araşdırmalar göstərir ki, milyonların dövr etdiyi qumar biznesinin başında duranlar və himayə edənlər var. Deyilənə görə, belə obyektlərin yetərli hissəsinə “Qara Vəzir” kimi tanınan şəxs, digərlərinə isə “Qobulu Naib” başçılıq edir. İddialara əsasən, ikincinin kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində fəaliyyət göstərir. “Qara Vəzir”in isə əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açdığı qeyd olunur. Məlumatlarda vurğulanır ki, həmin obyektlərin demək olar ki, hamısına Vəzirin oğlu Tofiq Qaranizadə nəzarət edir. Qeyd edilir ki, qanunsuz olaraq fəaliyyət göstərən bu qumarxanalar il boyu milyonlarla vəsait qazanc gətirir. Məsələn, deyirlər ki, “Qara Vəzir”in təkcə Əhmədlidə, “Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1,34 milyon manat gəlir əldə edib. Məlumata görə, bu şəxsin belə kazinolarının sayı isə 20-dən çoxdur. Xatırladaq ki, bir neçə il əvvəl Vəzir Qaranizadə qumar biznesi ilə məşğul olduğu üçün həbs edilmişdi. Amma aradan müəyyən vaxt keçdikdən sonra o azadlığa çıxdı. Yayılan məlumatlara görə, köhnə peşəsindən əl çəkmək istəməyən “kazinolar kralı” Bakıda yenidən gizli qumarxana açmağın mümkünsüzlüyünü anlayan kimi ölkəni tərk edib. Bildirilir ki, “Qara Vəzir” Moskvada bir neçə qumarxana açıb. Yayılan xəbərlərdə o da bildirilir ki, Vəzirin oğlu bir müddət əvvəl Xırdalan şəhərində gizli kazino açıb. Kazino Mehdi Hüseyn küçəsində, “Unibank”la “Muğanbank”ın arasındakı ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir: “Online qumarxanada bir neçə oyun kompüteri var. Kazinonun idarəsini Qaranizadə rus millətindən olan bir xanıma həvalə edib. İçəri giriş sərbəst olsa da, Tofiqin adamları çöldən gəlib-gedənlərə nəzarət edirlər. Şübhəli bir şey olan kimi qapılar bağlanır. Kazinoya müştəri axını isə əsasən, gecə saatlarında başlayır”. Araşdırmalar nəticəsində həmçinin məlum olub ki, belə gizli məntəqə sahiblərindən biri də “Yeraz” ləqəbli Ramil adlı şəxsdir. Onun şəriki isə Rüfət adlı birisidir. Məlumata görə, “Yeraz Ramil” digər bir ləqəblə də tanınır. Özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxsə məhdud dairədə “Dayı” da deyirlər.
Buna səbəb isə onun Azərbaycanda əksər qumarxanalara himayədarlıq etməsi göstərilir: “Yeraz Ramil”in bir müddət əvvəl “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş olub. O lotoxanaların fəaliyyətini günbəgün genişləndirir. Bakıxanov qəsəbəsində olan lotoxanalarda açıq qumar oyununun təşkilinə başlanılıb”. Əldə etdiyimiz başqa bir məlumatda paytaxtın Hüseynbala Əliyev küçəsi, 24 ünvanda fəaliyyət göstərən “Livan şaurması” adlı kafenin də axşam saatlarında qumarxanaya çevrildiyi bildirilir. Adının çəkilməməsini xahiş edən şəxsin bildirdiyinə görə, ətrafda yaşayan sakinlərin şikayətindən sonra aidiyyəti dövlət qurumlarının əməkdaşları qumarxananın fəaliyyətini aşkara çıxarmış və işinə son qoymuşdular: “Qəribədir ki, aradan bir neçə gün keçəndən sonra “Livan şaurması” adlı kafe fəaliyyətini bərpa etdi. Elə ki, axşam düşür, kafedə qumar oyunlarına start verilir. Qumarxananı işlədən şəxslər burda idmançı görkəmində şəxslər saxlayırlar. Hansısa problem yarananda həmin idmançıların gücündən istifadə edirlər. Obyektin sahibi özünü müştərilərə Başqa adla təqdim edir. Onun əsl adı isə Mətləbdir”. Gələn saylarımızda Mətləb adlı şəxsin hansı generalın adından istifadə etməsi, onun qardaşı ilə bağlı yaranan problemlər və Bakının “kazinolar kralı” adı uğrunda gedən amansız mübarizə haqda dəhşətli faktları açıqlayacağıq. (gundelik-baku.com)
Mövzu ilə bağlı bütün tərəflərin münasibət bildirmək hüququ var.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:09

Baku TV zibil içindəki su kanalını işıqlandırıb nəticə əldə etdi - VİDEO

09:04

Xalq artistinə ağır itki - FOTO

08:59

Məşhur azərbaycanlı diktorun qızı ərini döyübmüş - VİDEO

16:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri

15:32

İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu

15:01

Bakıda 22 yaşlı idmançı idman zalında öldürüldü - TƏFƏRRÜAT - FOTO

14:16

Dronlar Qarabağda elektrik qəzalarını müəyyən edəcək - VİDEO

13:20

DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ

13:14

Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

13:09

Prezident İlham Əliyev cavabları ilə dünya mediasının diqqətini üzərinə çəkdi - VİDEO

13:00

İranda 4 nəfər edam olundu

12:05

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundu

11:59

Əmək pensiyası təyin olunanlarla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

11:54

Vilayət Eyvazov üç ay əvvəl təyin etdiyi polis rəisini aşağı vəzifəyə göndərdi

11:14

Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR

11:02

Çavuşoğlu Anar Kərimov ilə görüşüb

10:58

ÜST-dən COVİD-19-la bağlı AÇIQLAMA - Son 7 həftədə ilk dəfə

10:53

Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

10:41

Millət vəkilindən toy mərasimlərinin bərpası ilə bağlı TƏKLİF

10:25

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – VİDEO

09:53

Səfir: İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - MÜSAHİBƏ

09:48

Bu il Həcc ziyarəti üçün şərtlər AÇIQLANDI

09:42

“Füzuli Airport” MMC fəaliyyətə başlayacaq

09:36

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

09:16

Finlandiyada fövqəladə vəziyyət elan olundu

09:12

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - REYTİNQ

09:07

Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi

09:03

Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

08:56

Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq

16:00

Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI

15:32

“Caliber”: Kadr çatışmazlığı ilə üzləşən Paşinyandan qeyri-adi “çıxış yolu” - FOTO

15:00

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

14:00

İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı - FOTO

13:39

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı