“Qarabağ” Çempionlar Liqası tarixinin ən yaxşıları arasında

dek-25
05:45 2018
UEFA Çempionlar Liqasının 63 illik tarixi ərzində bu turnirdə çıxış etmiş klubların reytinq siyahısını dərc edib.

Azxeber.com xəbər verir ki, 1955-ci ildən keçirilən (1992-ci ilə qədər Çempionlar Kuboku adlanıb) turnirdə 5 dəfə iştirak etmiş “Qarabağ” 100-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisinin aktivində 33 xal var.

Bir dəfə qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” turnirdə indiyədək 30 oyun keçirib. 11 oyunda qələbə qazanan təmsilçimiz eyni sayda heç-heçəyə razılaşıb və 8 dəfə uduzub.

Azərbaycanın digər təmsilçiləri – “Neftçi” 167-ci, “Bakı” 265-ci, “Keşlə” 290-cı, “Şəmkir” 389-cu, “Kəpəz” 390-cı, “Xəzər Lənkəran” 415-ci pillədə qərarlaşıb.

Çempionlar Liqası tarixinin ən yaxşı klubu Madrid “Real”ıdır. 16 dəfə final oynayan və 13 dəfə kuboku qazanan (rekord) “Kral Klubu”nun aktivində 590 xal var. “Bavariya” 462 xalla ikinci pillədə qərarlaşıb. Almanlar indiyədək oynadıqları 10 finaldan 5-ni qazanıblar. İlk “üçlüy”ü “Barselona” tamamlayır – 427 xal. Kataloniyalılar 8 dəfə finala çıxaraq 5 dəfə kuboku qazanıblar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər