Kürdəmirdə bir sıra tədbirlər keçirilir

dek-24
07:38 2018
Böyük Kəngərli kəndində səyyar-qəbul görüş keçirilib

Dekabrın 20-də rayonun Böyük Kəngərli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Bağman, Böyük Kəngərli və İsmayıllı kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov respublikamızda və rayonumuzda aparılan hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndarası yolların təmiri, qaz təchizatı , kənd təsərrüfatı və torpaq məsələləri, səhiyyə və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Kürdəmirdə bir sıra tədbirlər keçirilir

Kürdəmirdə bir sıra tədbirlər keçirilir

Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb

Kürdəmirdə bir sıra tədbirlər keçirilir

Kürdəmir rayonunda gələn ilin məhsulu üçün payızlıq taxıl əkini kampaniyası başa çatıb və 45765 hektarda səpin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində taxıl əkini sahələri ötən ildəkindən 725 hektar çox olub. Əkin sahələrinin 16500 hektarı buğda, 29265 hektarı isə arpadır. Səpin kampaniyasına 150-dən çox texnika cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qarasu, Qarasaqqal, Muradxan, Ərəbqubalı, Mollakənd və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.

Qeyd edək ki, ilkin əkin aparılan ərazilərdə normal çıxış alınıb. Hazırda hər yerdə zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülür

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər