Bakıda masaj salonu fahişəxana çıxdı

dek-19
06:39 2018
Paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilir.

Bakı şəhər prokurorluğundan verilən məlumata görə, istintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə əldə etdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gələrək orada pul müqabilində təqdim olunan qadınlarla intim əlaqədə olduqlarını bildirib.

Qeyd edilən xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabr ayından etibarən həmin obyektin yerləşdiyi iki otaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək şərait yaradıb və müxtəlif məbləğlər qarşılığında qadınların ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil edib.

G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər