Azərbaycanlı məşqçi Super Liqada baş məşqçi təyin edilə bilər

dek-17
08:53 2018
Türkiyə Super Liqasında çıxış edən “Ankaragücü” baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi “Sivasspor”la oyundan sonra çalışdırıcını istefaya göndərib.

Gazetekazan.com saytının məlumatına görə, “Ankaragücü” klubunun rəhbərliyi baş məşqçi postuna Arif Əsədovu təyin etmək istəyir. İddia olunur ki, hətta yayda da azərbaycanlı məşqçinin Ankara klubunu çalışdırma imkanı olub. Lakin həmin vaxt rəhbərlik Türkiyə futboluna daha yaxşı bələd olan İsmail Kartala üstünlük verib.

İndi isə rəhbərlik Arif Əsədovu istəyir. Danışıqların bir neçə gün ərzində yekunlaşması gözlənilir.

Qeyd edək ki, Arif Əsədov son olaraq “Sabah”ı çalışdırıb (2017/18 mövsümü). 2010-2011 və 2014-2015-ci illərdə “Neftçi”yə başçılıq edən 48 yaşlü mütəxəssis 2010/11 mövsümündə komandanı Premyer Liqanın qalibi edib.

“Ankaragücü” cari mövsümün 16 turunda 20 xal toplayıb və “Bursaspor”la 10-11-ci pillələri bölüşür.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər