Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?

dek-16
05:59 2018
Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu il də bayram yarmarkaları ilə bağlı meriya və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Hər il olduğu kimi, bu il də yarmarkalar paytaxtın metro stansiyalaraına yaxın yerlərdə quraşdırılıb.

Virtualaz.org xəbər verir ki, hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonunda 5, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 yerdə olmaqla ümumilikdə 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?









Bayram çadrlarında əsasən yeni il atributları, şam ağacı, Şaxta baba, Qar qız oyuncaqları satışa çıxarılıb. Ən çox alış-veriş edilən “28 May”, “Gənclik”, “Neftçilər” metro stansiyasının qarşısındakı yarmarkalardır. Səhər tezdən açılan çadırlarda alış-veriş gecə saatlarına qədər davam edir. Yeni ilə iki həftədən çox vaxt qalmasına baxmayaraq, satıcılar müştəri bolluğundan razılıq edirlər.

Satıcılar deyirlər ki, yarmarkada ən çox satılan mallar yolka oyuncaqları, zər və işıqlardır. Bayram yolkalarının bəzədilməsi üçün aksesuarların qiymətləri isə ölçüsünə, görünüşünə görə dəyişir. Belə ki, yolka oyuncağının qiyməti 2 manatdan 12 manata qədərdir.

Yolkaların qiymətləri isə 20-25 manatdan başlayır və 350-400 manata qədər davam edir. Ən çox tələbat isə qiyməti 80-100 manat arası olan orta ölçülü bəzək ağaclarınadır.

Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?









Müştərilər ucuz mal axtardığından daha çox tək-tək satılan oyuncaqlara üstünlük verirlər. Onların qiymətləri isə 60-70 qəpikdən başlanır, 2,5-3 manata qədər davam edir.

Şaxta baba oyuncaqlarının qiymətləri isə 8 manatdan başlayır. Daha böyük ölçüdə yeni il atributunun qiyməti isə 25-30 manatdır.

Hədiyyəlik krismas corabının qiyməti ölçüsündən asılı olaraq 2-7 manat arasında dəyişir. Yeni il süfrələri isə ötən illərdən daha baha – 15-25 manata satılır.

Yolka işıqlarının qiymətləri ölçülərinə və rəngarəngliyinə görə fərqlənir. Çin istehsalı olan işıqların qiymətləri 3-7 manat arasında dəyişir.

Dekabrın 1-dən isə Bakının Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. “Nargis Fund”un təşəbbüsü ilə keçirilən yarmarka paytaxt sakinlərinin və Bakıya qonaq gələn şəxslərin marağına səbəb olub.

Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?









Xeyriyyə yarmarkası 2019-cu il yanvarın 6-dək davam edəcək və tədbirdən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək.

Qeyd edək ki, bayram yarmarkalarının təşkilində məqsəd Yeni il ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.

Bayram yarmarkalarının 2019-cu ilin yanvarın 3-dək davam edəcəyi nəzərdə tutulub.

Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?Bakıda bayram yarmarkaları: paytaxt sakinləri ən çox nə və neçəyə alırlar?

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər